Arxiv
7 mart 2021, 11:14 | MƏDƏNİYYƏT
Şirvan xanlığının TARİXİ

Azərbaycan tarixində ən qüdrətli, uzun ömürlü, regionun müqtədir və nümunəvi  dövlət quruluşuna malik olan Şirvanşahlar dövləti Səfəvilər hakimiyyətinin (1501-1736) siyasi-hərbi üstünlüyü ilə zəiflədilməzdən (1501-ci il) təqribən bir əsr əvvəl (1405-ci il) quzeyli-güneyli Azərbaycanın qıca müddətli bütöv (dərbəndilər sülaləsindən olan Şirvanşah Şeyx İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubad (1382-1417) tərəfindən)  ilk imza atmışdı. Coğrafi ərazi baxımından Kür çayının sol hissəsindən başlayaraq Xəzərsahili əraziləri Dərbənd şəhərinədək əhatə edən Şirvan bölgəsi təqribən 40 min kv.km sahəni əhatə edirdi.

 
Bütöv Azərbaycan dövlətçiliyi tarixində ən uzun dövrü (VI-XIX əsrlər) əhatə edən Şirvanşahlar və Şirvan xanlığının hakimiyyətinin son mərhələsinin şəcərə-soy nəslinin tədqiq edilməsi, öyrənilməsi və təbliği milli-mənəvi irsimizə və tarixi-maddi keçmişimizə, erkən milli idarəetmə sisteminin təkamül mərhələlərinə münasibətdə mühüm əhəmiyyət kəsb edir. Yeni tədqiqat sahəsi kimi mühüm tarixi məlumatlarla coğrafi keşmişin mənzərəsini yaradan şəcərə-soy tərkibinin (strukturunun) əski mənbə-arxiv materalları əsasında üzə çıxarılması  həm də vahid dövlət hüdudlarının etnik-milli birliyinin köklərinin təhlili baxımından da təqdirəlayiq haldır.

                          
Ona görə də tarixçi-araşdırmaçı, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin 2019-cu ildə nəşr etdirdiyi “Şirvan xanlığının şəcərəsi” əsəri (“Elm və təhsil” nəşriyyatı, 80 səhifə) dövlətçilik tariximiz haqqında məlum olmayan mükəmməl, ətraflı  bilgilərin verilməsi baxımdan qiymətli bir nəşrdir. Şirvanşahlar dövlətinin tarixinin tədqiqi  milli tarixşünaslığımızda mühüm sahə olsa da (S.B.Aşurbəyli (1906-2001), “Şirvanşahlar dövləti, VI-XVI əsrlər”, 1997; “Bakı şəhərinin tarixi. Orta əsrlər dövrü”, 1998; Z.M.Bünyadov (1923-1997) “Atabəylər dövləti”, 1984; İslam tarixçisi İzzəddin ibn əl-Əsir (1160-1234) “Əl kamil fi-t tarix” (“Mükəmməl tarix”), 1959, 1996; Y.A.Poxomov (1880-1965) “Qız qalası əfsanəsi”, 1925  (elmi məqalə); V.V.Bortold (1869-1930) “Azərbaycan tarixi” və “Müsəlman dünyasının tarixində Xəzərsahili vilayətlər haqqında” mühazirələri, 1924-1926; V.F.Minorski (1877-1966) “Şirvan və Dərbənd tarixi”, 1958; B.M.Beylis (1923-2001) “Məsud ibn Həmdərinin əsərləri-Aran və Şirvanın tarixi mənbəyi kimi...”, 1975...), bu dövlətin hakim ailə-nəsil soyunun sələf-xələf ardıcıllığı, sülalə salnaməsi kifayət qədər öyrənilmədiyindən “Miras” İctimai Birliyinin sədri  F.Xəlillinin bu sahəyə diqqət yetirməsi təsadüfi sayılmamalıdır.

Rus şərqşünası, tarixçisi, qafqazşünas-arxeoloq, 1864-1886-cı illərdə Qafqaz Arxeologiya Komissiyasının sədri olmuş A.P.Berjenin (1828-1886) rəhbərliyi ilə tərtib edilən 10 cildlik “Qafqaz arxeologiya komissiyasının topladığı aktlar” toplusunda (sonuncu 12-ci cild 1904-cü ildə Tiflis şəhərində çap edilib) göstərilən Şirvanşahlar dövlətinin hakim ailələrinin soy-nəsil şəcərəsinin tarixi barədə tərcumə edilən məlumatlar XVIII-XIX əsrlər dövrünü (əsasən Şirvan xanlığı mərhələsini,1700-1824-cü illəri) əhatə edir.


Xronoloju ardıcıllığa uyğun bu tərcümə əsəri bir növ Şirvan xanlığının biblioqrafiyası kimi mühüm tarixi faktlarla zəngindir. Soy kökünün şəcərəsi Allahverdi bəydən başlayır, onun ocağından başlanğıc götürən ailə sülaləsi çar Rusiyasının inzibati, siyasi və hərbi təzyiqləri ilə 1824-cü ildə hakimiyyətdən uzaqlaşdırılan Mustafa xan Ağası xan oğlunun (1775) ailə davamçılarının həyatı ilə başa çatdırılır. 

 
Şirvan xanlığının XVIII əsr boyu hakim ailənin şəcərəsi Allahverdi bəyin (1696-1767) ocağından başlayır (övladları Məhəmməd Səid xan (1729-1789), Ağası xan (1731-1789), Məhəmməd Hüseyn (1733-1789), Ağa Rəzi bəy (1735-1758), Fatma xanım (1737), Səkinə xanım (1740), Qızana xanım (1747).

 
Xanlıqda 23 il hakim olmuş Ağası xanın dövrün ictimai-siyasi həyatında aparıcı və faciəvi rol oynaması məlumdur, onun qəbrinin yeri də bilinmir. Amma, sülalə üzvlərinin çoxusunun məzarı Şamaxı şəhərindəki “Yeddi gümbəz” (bu məzarlıq onların şərəfinə adlanır) qəbirstanlığındadır.

                        
Kitabda verilən xronoloji məlumatlar əsasında ümumilikdə Azərbaycan tarixinin həmin dövr üçün səciyyəvi şəraitini faktoloji üsullarla təhlil etmək mümkündür.

                        
Daha sonra, tərcümə nəşrinin həm də üstün cəhəti ondan ibarətdir ki, Xanlığın ailə tərkibi, sayı, nəsil ardıcıllığı, ailədaxili münasibətlərin səciyyəvi cəhətləri, sələf-xələf əlaqələri, şəcərə davamçıları barədə tarixi və ətraflı məlumat verilmişdir. Çünki, həmin bilgilər aid tarixi mərhələdə ölkədaxili  ümumi idarəetmə sistemində siyasi, iqtisadi, hərbi, sosial və ictimai münasibətlərin formalaşmasını müəyyən dərəcədə əks etdirir.

                        
Bu baxımdan məlum olmuşdur ki, ayrı-ayrı dövrlərdə Şirvan, Quba, Lənkəran, Şəki, Qarabağ, Cənubi Azərbaycan xanlıqları arasında zidiyyət-düşmənçilik olsa da, xanlıqlar arasında siyasi əlaqələrin yaradılması naminə qohumluq telləri də yaradılmışdır. Belə ki, Məhəmməd Rza xan Məhəmməd Səid oğlu (1753-1788) qubalı Hüseynəli xanın qızı Fatma xanımla evlənsə də, o, Quba xanı Fətəli xan Hüseynəli xan oğlu (1736-1789) tərəfindən öldürülüb (Ağa Rəzi bəy Allahverdi bəy oğlunun xələfi Murtuzəli bəyi də (1756-1788) Salyan nahiyəsində Fətəli xan öldürüb, orada dəfn edilib) və yaxud Şah Pələng Məhəmməd Həsən bəy oğlu (1832) Osmanlı Türkiyəsinə mühacirət edib, Məhəmmədəli bəy Əsgər xan oğlu (1814) çar ordusunun albayı olub, eləcə də Həmid bəy (1851) və Səməd bəy (1853) İbrahim bəy oğulları da kazak alayında zabit kimi xidmət ediblər.

                       
Xan ailəsindən Ağası xanın qızı Həcər xanım (1783-1854) Lənkəran xanı Mir Mustafa xanın oğlu Mirzə Həsən xanla, general-leytnant Mustafa xan Ağası xan oğlu 1801-ci ildə Şəki xanı Hüseyn xanın qızı Fatma bəyimlə ailə qurmuşlar.

 
Şirvan xanlığının nəsil şəcərəsinin Mil, Miğan və Şirvan düzü yaşayış məntəqələrində, Araz və Kür çayları hövzələrində məskunlaşmaları adı çəkilən bölgələrdə tarixi-coğrafi toponimlərin yaranmasına səbəb olmuşdur.

                      
Cavad xan Mustafa xan oğlu Araz çayı sahillərində (Saatlı, İmişli, Beyləqan nahiyələrində), atasının obasında (Mustafaxanlı) yaşayıb (o, qvardiya albayı idi), sonralar bu kənd Cavadxanlı adlanıb. Onun oğulları Bala xan (1852), Əmir xan (1854), Rəşid xan (1857), qızı Sitarə xanım (1860) böyüyüb.

                       
Kür çayı sahilində Haşımxanlı kəndinin (indi Sabirabad rayonu ərazisində) adı da xanlıq ailəsi ilə bağlıdır. Antrotoponimlər sırasında Kərimbəyli (Salyan), Hacıqədirli, Osmanbəyli (Şamaxı), Musabəyli (Ağsu), Qalacıq (İsmayıllı) kəndlərini də göstərmək olar.

                       
Mustafa xanın digər oğulları Ağa xan (1818-) və Süleyman xan (1820-1867) da eyni zabit rütbəsində olublar (albay), bu ərazilərdə ömür sürüblər. Ağa xan Qazıqumlaq hakimi Surxay xanın qızı Paxay bikə (1796-1847) ailə qurub. Onun qardaşı oğlu İbrahim Cəfərqulu xan oğlu (1838-1864) da Cənubi Azərbaycanlı Fərzi xanın qızı Şirinbəyim xanımla evlənib, əmilərinin yanında yaşayıb.

                        
Cənubla qohumluq Şirvan xanlığının digər xələflərinə də nəsib olub – Məhəmmədhüseyn bəy Allahverdi bəy oğlu 1761-ci ildə Əhməd xanın qızı Mahi xanımla, Süleyman xan Mustafa xan oğlu Rüstəm xanın qızı Ağabəyim xanımla 1842-ci ildə, Kərim xan Mustafa xan oğlu Nuh xanın qızı Dünya bəyimlə 1843-cü ildə, Nəsir xan Cəfərqulu xan oğlu Hacı xanın qızı Püstə ağa ilə 1865-ci ildə evləniblər.

 
Kitabın dəyərli məlumatları sırasında Şirvan xanlığında Allahverdi bəydən başlayaraq Mustafa xanın soy-şəcərə davamçıları ilə yekunlaşan ailə sülaləsinin təsnifatında qız övladlarının da nəsil şəcərəsinin qeyd edilməsidir.

                      
Ümumilikdə, F.Xəlillinin bu tərcümə əsəri Şirvanşahlar dövlətinin (Şirvan xanlığının) timsalında  biblioqrafik tarixşünaslığımızda mühüm tədqiqat sahəsinin vacibliyini göstərən arşdırma mənbəyi kimi xüsusi maraq doğurur.


Qismət  Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)    

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda əcnəbilərin müvəqqəti olma müddəti uzadıldı 23 Aprel 2021, 15:08 BANM-nin tələbələri “Enactus Azərbaycan Yaz Məktəbi” layihəsində qalib oldu 23 Aprel 2021, 15:04 Universitetlər irəliyə getmək üçün müvafiq səlahiyyətlərə malik olmalıdır - Rektor 23 Aprel 2021, 15:00 Yeni uğurlar əldə olunur 23 Aprel 2021, 14:56 Deputat orta məktəblərdə dini dərslərin keçirilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:53 “Bu qanun layihələri Prezidentin tövsiyələrinə tam uyğundur” - Əli Hüseynli 23 Aprel 2021, 14:48 Din xadimləri 5 ildən bir attestasiyadan keçiriləcək 23 Aprel 2021, 14:42 “Ümid edirik ki, ABŞ administrasiyası tarixi səhvə yol verməyəcək” 23 Aprel 2021, 14:37 Kütləvi dini ibadət və mərasimlərin icazəsiz keçirilməsi qadağan olunur 23 Aprel 2021, 14:32 Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur 23 Aprel 2021, 14:26 Müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir 23 Aprel 2021, 14:20 Ermənistanda daha bir nazir istefa verdi 23 Aprel 2021, 14:14 “Dni cərəyanlar uşaqları öz tərəfinə çəkir, başlarına oyun açır” - Vitse-spiker 23 Aprel 2021, 14:08 Deputat açıq havada toylara icazə verilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:02 Hollandiya azərbaycanlıları sabah Ermənistan səfirliyi önünə TOPLAŞACAQ 23 Aprel 2021, 13:56 İcbari tibbi sığortanı ödəməyənləri bu cəzalar gözləyir 23 Aprel 2021, 13:50 Qarabağda subartezian quyuları qazılacaq - SƏRƏNCAM 23 Aprel 2021, 13:45 “Azərbaycanla İsrail arasındakı münasibətlərin potensialı yüksəkdir” - Mikayıl Cabbarov 23 Aprel 2021, 13:44 Adı səhvən şəhid olanların siyahısına düşən ZABİT 23 Aprel 2021, 13:38 Elm və innovasiya fondlarının statusu dəyişir 23 Aprel 2021, 13:34 Müharibə veteranlarının vahid informasiya bazası yaradılacaq 23 Aprel 2021, 13:28 Şəhidlərin və şəhid ailəsi üzvlərinin elektron reyestri yaradılacaq 23 Aprel 2021, 13:23 Milli Məclis insan alveri ilə bağlı hesabatı qəbul etdi 23 Aprel 2021, 13:18 Prezidentdən 5 rayonun su probleminin həlli ilə bağlı SƏRƏNCAM 23 Aprel 2021, 13:14 Pişik koronavirusdan öldü - Dünyada ilk 23 Aprel 2021, 13:10 Dövlət sosial sığorta şəhadətnaməsi ləğv olundu 23 Aprel 2021, 13:05 “Səfirliklərimizin yaxşı işləməməsi bu problemi daha da artırır” - Sabir Rüstəmxanlı 23 Aprel 2021, 13:00 ATU-da yeni TƏYİNAT 23 Aprel 2021, 12:56 “Narkomaniya ilə bağlı mübarizədə istədiyimiz nəticəni ala bilmirik” - Fazil Mustafa 23 Aprel 2021, 12:52 Koronavirusa görə oruc tutmamaq günah sayılırmı? - AÇIQLAMA 23 Aprel 2021, 12:46 Polşa səfiri Rusiya XİN-ə çağırıldı 23 Aprel 2021, 12:42 Nazirlikdən hava XƏBƏRDARLIĞI 23 Aprel 2021, 12:37 Sosial sığorta üzrə daxilolmalarda qeyri-büdcə təşkilatlarının payı artıb - Nazir 23 Aprel 2021, 12:32 Ronaldu maaşının azaldılmasına razıdır - "Mançester Yunayted"ə keçidi üçün 23 Aprel 2021, 12:28 Siyavuş Novruzov insan alverindən DANIŞDI: “...filmlər çəkilir” 23 Aprel 2021, 12:27