Modern.az

Gənclər Təşkilatları Milli Şurası Gənclər günü ilə bağlı tədbir keçirir

Gənclər Təşkilatları Milli Şurası Gənclər günü ilə bağlı tədbir keçirir

2 Fevral 2010, 12:28

Gənclər Təşkilatları Milli Şurası Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə birgə 2 fevral- Gənclər günü ilə bağlı “Gənclər: imkanlar, nailiyyətlər və perspektivlər” adlı tədbir keçirir. Modern.az xəbər verir ki, “Park İnn” otelində təşkil olunan tədbirdə deputatlar, hökumət nümayəndələri, BMT-nin Azərbaycandakı təmsilçiliyinin üzvləri iştirak edirlər. Mərasimə həmçinin gənclər təşkilatlarının rəhbərləri də qatılıb.

Gənclər Təşkilatları Milli Şurasısının sədri, deputat Fuad Muradov bildirib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan gənclərinin beynəlxalq aləmdə təmsilçiliyini artırmaq və gənclər təşkilatların beynəlxalq təşkilatlar ilə əməkdaşlığını inkişaf etdirməklə Azərbaycanda gənclər işinin inkişafına tövhə verməkdən ibarətdir.

“Qeyd etmək istəyirik ki, BMT Baş Assambleyası tərəfindən 12 avqust 2010 – 12 avqust 2011-ci il tarixi Beynəlxalq Gənclər İli elan olunub. Tədbirdə Beynəlxalq Gənclər İlinin Azərbaycanda qeyd olunması müzakirə ediləcək və təkliflər hazırlanacaq”.    

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi