Modern.az

Tamerlan Qarayev Bakıya gəldi

Tamerlan Qarayev Bakıya gəldi

1 Sentyabr 2012, 11:47

Modern.az saytının məlumatına görə, Azərbaycanın İndoneziyadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev ötən gecə Bakıya gəlib.
Əməkdaşımız T.Qarayevlə əlaqə saxlayaraq, onun Azərbaycana dönüşünün səbəbiylə maraqlanıb.
Modern.az-a açıqlamasında səfir Bakıya gəlişinin səbəbini qısa müddətə məzuniyyətə çıxmasıya əlaqələndirib.
O, deyib ki, bir həftəlik məzuniyyət götürüb və məzuniyyətini Bakıda keçirməyə qərar verib. Həftəsonu səfir yenidən diplomatik vəzifəsinin başına qayıdacaq.

Qeyd edək ki, Tamerlan Qarayev səfir kimi Azərbaycanı uzun illər Çində təmsil edib. Daha sonra o, Azərbaycanın Hindistandakı səfirliyinə rəbərlik edib.

2011-ci ilin sentyabrında isə ölkə başçısının sərəncamı ilə Tamerlan Qarayev Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

A.Qorxmaz

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir