Modern.az

Deputatlar Modern.az-ı müzakirə edir: “Sükanı belə saxlayın”

Deputatlar Modern.az-ı müzakirə edir: “Sükanı belə saxlayın”

1 Sentyabr 2012, 11:52

 

Sentyabrın 1-də Modern.az saytının 3 yaşı tamam olur. 3 il bundan əvvəl – 2009-cu il sentyabrın 1-də əsası qoyulan sayt, onun fəaliyyəti barədə Milli Məclisin deputatları öz fikirlərini bölüşüblər.

Deputat Aydın Abbasov Modern.az saytının fəaliyyətini çox yüksək qiymətləndirdiyini bildirib. O qeyd edib ki, Modern.az xəbər portalı parlamentin fəaliyyətinin işıqlandırılmasında çox böyük işlər görüb. “Deputatların fəaliyyətinin işıqlandırılması, eyni zamanda ölkə daxilində, xaricində baş verən hadisələrlə bağlı çox böyük nailiyyətlər əldə edib. Saytın bütün kollektivini təbrik edirəm. Gələcək fəaliyyətində uğurlar arzu edirəm”.


 

Azay Quliyev öncə kollektivi təbrik edərək qeyd edib ki, Modern.az saytı Azərbaycanda parlament fəaliyyətini işıqlandıran ən birinci saytdır. “Bu gün parlament üzvlərinin, deputatların elə bir çıxışı yoxdur ki, o Modern.az saytında öz əksini tapmasın. Xüsusilə parlamentin sessiyalarının iclaslarında bunun şahidi olmuşuq. Hesab edirəm ki, Modern.az əsil professional xəbər portalıdır və bu 3 il ərzində ən aktual xəbərləri, vacib məlumatları peşəkarcasına, gecikmədən və isti-isti ictimaiyyətə çatdırıb. Modern.az saytının fəaliyyətini çox yüksək qiymətləndirirəm. Bütün əməkdaşları, xüsusilə saytın yaradıcısı, baş redaktor Elşad Eyvazlını təbrik edirəm. Deputatların və parlamentin fəaliyyətinin işıqlandırılmasında onun böyük rolu var. Sükanı belə saxlayın, reytinqinizi yüksəldin və arzu edirəm ki, ən çox sevilən sayılan saytlardan biri olasınız”. 

Rəbiyyət Aslanova da digər həmkarları kimi öncə Modern.az saytında işləyən hər bir kəsi 3 yaşı münasibətilə təbrik edib. O qeyd edib ki, burada çalışan hər bir jurnalistin yüksək peşəkarlığı, Azərbaycan ictimai-siyasi həyatında baş verən hadisələri dolğun, düzgün, obyektiv qiymətləndirməsi, ilk növbədə öz simasını qoruyub saxlaması, öz imzalarına yüksək hörməti böyük təqdirəlayiq hadisədir. “Inanıram ki, Modern.az-da çalışan hər bir kəsin yüksək məsuliyyəti başqalarına örnək olmalıdır. Burada verilən yazılar öz dolğunluğu, məfhumluğu seçilir, ictimai-siyasi həyatda baş verən hadisələr yüksək peşəkarlıqla insanlara çatdırılır. Sayta uzun ömürlülüyü insanın gözləntilərinin ona verilməsindən asılıdır. Və Modern.az saytı hər bir Azərbaycan vətəndaşının gözləntilərinə cavab verir.  Böhtan,  təhqir, şantaj, yalandan, insana layiq olmayan keyfiyyətlərdən uzaq bir xəbər portalıdır. Çox istərdim ki, bu gün Azərbaycan vətəndaşına böhtan, təhqir, yalan informasiyalar uydurmaqla gündəmdə qalmaq istəyən saytlar məhz Modern.az-dan nümunə götürsünlər”.

Nizami Cəfərov deyir ki, Modern.az saytı ölkə daxilindəki maraqlı ictimai-siyasi hadisələri, o cümlədən parlamentin fəaliyyəti ilə bağlı məlumatları işıqlandırır. “Təkcə parlamentin fəaliyyəti ilə bağlı deyil, eyni zamanda digər məlumatları da almaqda Modern.az bizə hər zaman kömək edib. Obyektivliyiniz, müəyyən gərgin məqamları bütün o gərginliyi ilə təqdim etməyiniz, analitizm – bunlar hamısı Modern.az saytında var. Çox şadam ki, bizim informasiya məkanımızda belə bir mənbə var”.  

 

Eldar İbrahimov Modern.az saytının fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, burada çox yaxşı məlumatlar verilir, müsahibələr götürülür. “Xəbər poratlı xüsusilə deputatlarla çox yaxşı işləyir. Deputatlara çox diqqət və hörmətlə yanaşırlar. Hər zaman böyük intizarla izlədiyimiz və gözlədiyimiz Macarıstanda həbsdə olan Ramil Səfərovun buraxılmasını və prezidentimiz tərəfindən əfv olunmasını birinci olaraq Modern.az saytından oxudum və çox şad oldum”.

 

İqbal Ağazadə Modern.az saytına uğurlar arzu edib. “Arzu edirəm ki, 30 yaşınızı qeyd edəsiniz. Modern.az özünəməxsus saytdır. Arzu edirəm ki, daha populyar olasınız”.

 

 

 

 

Kamilə Əliyeva qeyd edib ki, internet məkanında gündəlik informasiyalara baxarkən öncə Modern.az saytına müraciət edir. “Öz obyektivliyi, yanaşma tərzi ilə digər saytlardan hər zaman fərqlənir. Parlamentin bütün iş proseslərini, parlamentdə olan məsələləri aydın, düzgün qiymətləndirir. Arzu edirəm ki, daha çox rəğbət qazanasınız, daha uzun ömürlü olasınız. Modern.az-ın həm rəhbərliyi, həm bütün işçilərini təbrik edirəm”.

 

 

Qənirə Paşayeva Modern.az saytının 3 illik zaman çərçivəsində çox gözəl fəaliyyət göstərdiyini, xüsusilə parlamentin fəaliyyətinin işıqlandırması, yəni parlamentdə qəbul olunan qanunların və dəyişiklərin xalqımıza daha geniş çatdırılmasında böyük xidmətləri olduğunu deyir. “Maarifləndirmə işinin daha geniş aparılmasında, müxtəlif mövzular ətrafında seçiciləri maraqlandıran, narahat edən mövzularla bağlı millət vəkillərinin fikirlərinə yer verməsində və bunların insanlarımıza daha da geniş çatdırılmasında əvəzsiz xidmətləri var. Vətənpərvərlik mövzusu ilə bağlı özünün mövqeyi, eyni zamanda bütün istiqamətlərdə yazıları ilə çox gözəl fəaliyyət göstərdi və mən ona uğurlar arzu edirəm. İnanarım ki, gələcəyə doğru daha da inkişaf edəcək, oxucularının sayı daha da artacaq”.

Hadı Rəcəbli sözlərinə görə Modern.az internet məkanında özünəməxsus yer tutur. “Ölkədə ilk dəfə olaraq ixtisaslaşmış, istiqamətli bir sayt yaranıb. Bu saytın istiqaməti daha çox parlamentdən, parlamentin üzvləri, deputatları, parlament həyatından yazan bir saytdır. Bu sayt parlament deputatların ən sevimli, ən oxunaqlı saytıdır. İkincisi, Modern.az populizmdən uzaq saytdır.  Xəbər portalına baxanların artmasına işləməyən saytdır. Yeganə saytdır ki, daha çox oxucu yığmaq üçün eybəcər addımlar atmır. Bu sayt mənəviyyata xidmət edir. Məsələn, Vəli Axundov haqqında yazı verir, sabiq deputatları yada salır. Burada yalançı müxalifətçilik yoxdur. Guya müxalifətdir, əslində iqtidarın burasından girir, o biri yanından çıxır. Bu saytda bunları biz görməmişik. Təhlilk elementləri var, bu bir az da inkişaf etsə yaxşı olar. Texniki cəhətdən günbəgün yaxşılaşır. Maraqlı yeni rubrikalar açılıb,  parta yoldaşlığı, sabiq deputatlar haqqında və s. buna misaldır”.

İlham Məmmədov deyir ki, kompüter arxasına keçərkən ilk baxdığı sayt Modern.az saytıdır. “Ona görə ki Modern.az çox az saytlardandır ki, hər şeyi olduqca obyektiv və real qiymətləndirir. Bundan başqa Modern.az saytı tək parlamentin yox, ölkədə və dünyada baş verən hadisələri öz koloriti ilə işıqlandırır. Və onu oxuyanda artıq şübhəm qalmır. Tamamilə qərəzsiz mövqedən çıxış edir. Özünün formatı, dəsti-xəttinə görə hiss edirsən ki, bu Modern.az saytıdır. Bu özü kifayətdir ki, 3 il ərzində KİV içərisində öz yerini tuta bilsin və bu qədər oxucu kütləsi toplaya bilsin”.

 

 

Əli Məsimli: “Üç yaş uşaqlığın kövrək addımlarını atan vaxtıdır. Amma Modern.az bu üç ildə çox uğurlu fəaliyyət göstərərək, oturuşmuş bir media qurumuna çevrilə bilib. Operativlik, obyektivlik, ucuz sensasiya dalınca qaçmamaq Modern.az-ı qısa zaman kəsiyində ciddi bir media qurumuna çevrilib. Modern.az geniş diapazonlu məlumatlarla yanaşı, Milli Məclisin fəaliyyətinin operativ işıqlandırılmasında, deputatlarla bağlı maraqlı tədqiqatın aparılmasında, onların tanıdılmasında özünəməxsus yer tutur. Mən media ilə maksimum təmasdayam. Bu maksimum sözünün işlədilməsində Modern.az-ın xüsusi rolu vardır. Deputat fəaliyyətimin işıqlandırılması, gördüyümüz işlər, Milli Məclisdəki çıxışlarımın mətni, aktual, sosial-iqtisadi məsələlərə dair baxışlarım, hazırladığımız qanun layihələri barədə müfəssəl məlumatlar məhz daha çox Modern.az vasitəsilə ictimaiyyətə çatdırılır. Modern.az-çılar – rəhbərlikdən tutmuş jurnalistinə qədər hamısı mənim dəyərli dostlarımdır. Bu amil də bizim daha geniş diapazonda əməkdaşlıq etməyimizdə vacib rol oynayır.Üç yaşınızı təbrik edir, sizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. SÜKANI BELƏ SAXLAYIN, ƏZİZ MODERN.AZ-çılar”.

 

Vahid Əhmədov da digər həmkarları kimi Modern.az saytının kollektivini təbrik edib. O bildirib ki, 3 illik zaman çərçivəsində Modern.az təkcə parlamentin fəaliyyətini deyil, eyni zamanda ölkədəki ictimai-siyasi hadisələri müfəssəl işıqlandırıb. “Budan sonra da sizə uğurlar arzu edirəm”.

 

 

 

 

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir