Modern.az

Eldar İbrahimov: “Ramil Səfərov hadisəsindəkindən daha çox sevinəcəyik”

Eldar İbrahimov: “Ramil Səfərov hadisəsindəkindən daha çox sevinəcəyik”

Aktual

1 Sentyabr 2012, 12:40

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da digər həmkarları kimi baş leytenant Ramil Səfərovun azadlığa buraxılmasına görə ölkə Prezidentinə minnətdarlığını bildirib. Deputat bu hadisənin Azərbaycan üçün çox böyük əhəmiyyətə malik olduğunu, insanlarda ruh yüksəkliyi yaratdığını deyərək, Ramil Səfərovun vətənə qaytarılmasa sevindiyini vurğulayıb:

“Mən də Ramil Səfərovun azadlığa buraxılmasına görə ilk növbədə cənab Prezidentə təşəkkür edirəm. Təbii ki, bu hadisə Ramil Səfərovun timsalında İlham Əliyev cənablarının hər bir vətəndaşa olan diqqətidir. İnanıram ki, ölkə başçısının rəhbərliyi ilə biz Qarabağımızı da tezliklə geri alacağıq. O zaman xalqımız bundan da böyük sevinc yaşayacaq”.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?