Modern.az

Ramil Səfərovun azadlığa çıxmasının Azərbaycana və Ermənistana təsiri

Ramil Səfərovun azadlığa çıxmasının Azərbaycana və Ermənistana təsiri

Aktual

1 Sentyabr 2012, 14:32

Musa Qasımlı,
millət vəkili, professor

Ramil Səfərovun Azərbaycana ekstradisiyası və Azərbaycan Respublikasının Prezdienti İlham Əliyev tərəfindən əfv edilməsi son günlərin  diqqəti ən çox cəlb edən hadisələrindən biri oldu.

Ekstradisiya və əfv  hansı anlama gəlir? Bu, Azərbaycan tərəfinin hərəkətlərinin beynəlxalq hüquq normalarına əsaslandığını,Prezident İlham Əliyevin dünya işlərini, beynəlxalq münasibətləri dərindən bildiyini göstərdi. Azərbaycan hüquqa uyğun hərəkət etdi.Bu, Azərbaycan Prezidentinin xaricdə ölkəni layiqincə təmsil edən hər bir azərbaycanlının arxasında durduğunu, dövlətimizin hər bir vətəndaşın hüquqlarını qoruyacaq dərəcədə güclü olduğunu, Vətən, Torpaq,Bayraq, Millət və Dövlət hissinin hər şeydən uca olduğunu göstərdi. Bununla da Dövlər rəhbərinin özü bütün dünya azərbaycanlılarının gözündə bir daha ucaldı.

Ramil Səfərovun Azərbaycana gətirilməsi bir  qədər də Türkiyənin 8-ci Prezidenti Turqut Özalın məşhur türk ağırlıqqaldıranı Naim Süleymanoğlunun Türkiyəyə gətirməsinə bənzəyir. Ancaq Ramilin dəmirbarmaqlıqlar arasında çıxarılıb gətirilməsi prosesi daha çətin, mürəkkəb və ağır idi. Azərbaycan dövləti bunu məharətlə bacardı.

Ramil Səfərovun dərin, ənənəsi olan dövlətə xas olan tərzdə hay-küysüz, sakitcə gətirilməsi ölkəmizdə milli ruhu, özünəinam hissini və vətənpərvərliyi yüksəltdi. Orduda böyük ruh yüksəkliyi yaratdı. Cənab Prezidentimiz tariximizdə indiyədək imza atdığı bir neçə qürurverici İlkə yeni birisini də  əlavə etdi. Buna qədər də Dövlət rəhbəri tariximizdə  inanılmaz bir neçə İlkə imza atmışdı: İlham Əliyev BMT Baş Məclisində nitq söyləyən ilk baş nazirimizdir; ruhumuzun şəhəri olan Təbrizə səfər edən ilk dövlət rəhbərimizdir; geniş diplomatik fəaliyyəti ilə Azərbaycan Respublikasını BMT Təhlükəszilik Şurasının üzvü  seçdirən ölkə rəhbərimizdir; 2012-ci ilin may ayında bu qurumda sədrlik edərək, nitq söyləyərək  dünya müdiriyyətinə rəhbərlik edən Prezidentimizdir; bütün tarixi ərzində Avrovijn-2012-ni ən yaxşı şəkildəBakıda keçirən və bu yarışma zamanı tariximizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi yarışmanın canlı yayımı zamanı ən mükəmməl bir formada dünyada təbliğ edən, Azərbaycanın xəritədə axtarılmasına son qoyan  bir rəhbərimizdir. Bütün tariximiz ərzində biz heç bir zaman bu qədər mükəmməl təbliğ olunmamışdıq. Nə qədər qürurverici və daim yaşayacaq İlklər.

Bu hadisə Azərbaycanda nə qədər sevinc yaratdısa, Ermənistanda olan mənəvi-psixoloji böhranı bir o qədər də dərinləşdirdi. Ermənilər gözlənilməz bir zərbə aldılar. Başlarını itirdilər.Ermənistan Ramil Səfərovu həbsxanada öldürmək niyyətinə çata bilmədi.Macarıstan ilə diplomatik və bütün əlaqələrin kəsilməsi Ermənistanda dövlətçilik təfəkkürünün olmadığını, hakimiyyətin süngü üstündə oturduğunu göstərdi. Azərbaycan Ermənistanın xarici siyasıti üçün böhran yaratdı. Ermənistan  bir daha başa düşdü ki, təkbətək qaldıqda həmişə olduğu kimi, yenə də Azərbaycan güclüdür, qüdrətlidir. Azərbaycan torpaqlarını isə onlar deyil, başqaları işğal edərək onlara veriblər. Bu torpaqları Azərbaycan gec və ya tez azad edəcək.

Ramil Səfərovun azadlığa çıxmasından narahat olan bəzi xarici ölkələr  əli minlərlər günahsız azərbaycanlı qanına batmış  Robert Koçaryan  baş nazir və prezident olarkən, Xocalıda azərbaycanlılara qarşı soqırım törədən Serj Sarkisyan müdafiə naziri, baş nazir və nəhayət, prezident olarkən  niyə görə narahat olmadılar, bunları soyuqqanlı qarşıladılar? Bu, ikili standart deyilmi? İkili stnadart olduğu aydındır. Ancaq ayıb deyilmi? Niyə utanmırlar?  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar