Modern.az

Müdafiə Nazirliyi Ramil Səfərova üçotaqlı ev verdi

Müdafiə Nazirliyi Ramil Səfərova üçotaqlı ev verdi

1 Sentyabr 2012, 14:49
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycan Ordusunun zabiti Ramil Səfərovu qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, vətənə dönməsi və prezident İlham Əliyev tərəfindən əvf olunması münasibəti ilə R.Səfərovu təbrik edən müdafiə naziri onu mayor rütbəsi ilə təltif edib.

Modern.az saytının əldə etdiyi məlumata görə, müdafiə naziri Səfər Əbiyev Ramil Səfərova ev və həbsdə olduğu 8 il yarım müddətinə yığılan maaşını da verib.

Hərbi ekspert Üzeyir Cəfərovun bildirdiyinə görə, həmin məbləğ 45 min manat edir. O, R.Səfərova hər şəraiti olan 3 otaqlı mənzil də bağışlanıldığını deyib.  

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi