Modern.az

Tehranda Ermənistan-Azərbaycan münaqişəsilə bağlı çağırış

Tehranda Ermənistan-Azərbaycan münaqişəsilə bağlı çağırış

1 Sentyabr 2012, 15:04

Tehranda keçirilən Qoşulmama Hərəkatının Zirvə Toplantısının sonunda Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunan yekun sənəd qəbul olunub.  Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, Tehranda keçirilən Qoşulmama Hərəkatının Zirvə Toplantısının yekun sənədinin 391-ci maddəsi Ermənistan-Azərbaycan münaqişəsinə həsr edilib. Həmin maddədə dövlət və ya hökumət başçıları Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamış qalmasından, onun beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid etməyə davam etməsindən təəssüfləndiklərini ifadə ediblər. Onlar BMT nizamnaməsində təsbit olunmuş gücdən istifadə etməmək prinsipinin vacibliyini bir daha təsdiqlədi və tərəfləri münaqişənin Azərbaycan Respublikasının ərazi bütovlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində danışıqlar yolu ilə həlli üçün səylərini davam etdirməyə çağırıblar. 

  Modern.az   
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?