Modern.az

Milli Məclisin Sədri Mehriban Əliyevanı təbrik etdi

Milli Məclisin Sədri Mehriban Əliyevanı təbrik etdi

9 Mart 2021, 11:16

"Martın 5-də Yeni Azərbaycan Partiyasının qurultayında Prezident İlham Əliyev proqram xarakteri daşıyan nitqlə çıxış edib”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədrin sözlərinə görə, Prezidentin nitqində Azərbaycanın dünyanın hesablaşdığı nüfuzlu dövlətə çevrilməsi üçün görülmüş işlər və qarşıda duran vəzifələrə toxunulub:

“Qarabağ münaqişəsinin həlli ilə ölkəmizdə və bölgəmizdə yeni geosiyasi reallıq yaranıb. Qurultayda bir sıra mühüm qərarlar qəbul edilib. Partiyamızın yeni nizamnaməsinə uyğun olaraq, Mehriban Əliyeva YAP Sədrinin Birinci müavini təyin edilib. Bütün həmfikirlərim adından Mehriban xanımı təbrik edirəm. Əminəm ki, YAP üzvləri partiyamızın Sədrinin gördüyü yeni quruculuq işlərini dəstəkləmək üçün onun ətrafında sıx birləşəcək”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu