Modern.az

ABŞ: “Türkiyə və Ermənistan protokolları təsdiqləməlidir”

ABŞ: “Türkiyə və Ermənistan protokolları təsdiqləməlidir”

Təhsil

2 Fevral 2010, 13:47

 

ABŞ Dövlət Departamenti Türkiyə və Ermənistanı ikitərəfli münasibətlərin normallaşmasını nəzərdə tutan protokolları təsdiq etməyə çağırdı. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Dövlət Departamentinin rəsmi nümayəndəsi Filipp Qordon  ötən il Sürixdə İsveçrənin vasitəçiliyi ilə imzalanmış protokolların təsdiqlənərək həyata keçirilməsi  və bu prosesin digər mövzulardan asılı olmayaraq inkişaf etdirilməsi vacibliyini bildirib.

 

“Bildiyiniz kimi, Türkiyə ilə Ermənistan arasında diplomatik ilişkilərin normallaşmasını nəzərdə tutan protokollar ötən il imzalanıb. O zaman da söylədik, indi də söyləyirik; hər iki ölkənin bu protokolları təsdiqləməsi  və həyata keçirməsi  yolunda irəliləməsi vacibliyinə inanırıq, çünki bunu hər iki ölkəyə fayda verə biləcək şəkildə aralarındakı tarixi ziddiyyətlərin  öhdəsindən gəlməkdə bir fürsət olaraq görürük”,- deyə Qordon Vaşinqtonda keçirdiyi brifinqdə bildirib.

 

Qordon bəyan edib ki, iki ölkə arasında münasibətlərin normallaşması və sərhədin açılması bölgədə sülh və sabitliyə xidmət edəcək. “Bu prosesin digər proseslərdən müstəqil aparılması gərəkliyini düşünürük”,-deyə Qordon əlavə edib.

 

Türk və erməni hökumətləri ilə müntəzəm surətdə təmaslarda olduqlarnı və onları bu prosesdə irəliləməyə həvəsləndirdiklərini deyən Qordon hər iki  hökumətlə bu sahədə fəaliyyətlərin inkişaf etdiriləcəyini vurğulayıb.

 

“Türkiyə - Ermənistan münasibətlərinin normallaşması yaxşı bir prosesdir və bu üzdən prosesin irəli aparılması vacibliyini düşünürük”,-deyə Qordon bildirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir