Arxiv
9 mart 2021, 12:58 | AKTUAL
Deputat Azərbaycana Türkiyə bələdiyyələrinin təcrübəsini təklif etdi

“Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndində göstərilib ki, torpaq üzərində hüquqlar - müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Bu maddədə istisna halı göstərilsə də, vətəndaş 11 ay müddətinə torpağı icarəyə götürmək istədikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən problemlər yaradılır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deputat Jalə Əhmədova deyib.

 

Deputat bildirib ki, Salyan rayonunda 2017-ci ildə Prezidentin göstərişi ilə 3 hektar ərazidə inşa edilmiş Pambıq Tədarükü Məntəqəsinin bu günə kimi çıxarışı verilməyib:

“Baxmayaraq ki, çıxarış üçün dövlət rüsumu belə ödənilib. Digər məsələ, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların, habelə onlar üzərində istifadə və icarə hüquqlarının bilavasitə satılması zamanı, satan şəxsin borc öhdəliyinin araşdırılmadan rəsmiləşdirilməsidir ki, bu da təbii, bələdiyyələr üçün problem yaradır. Hesab edirəm ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamışdan öncə notariat hərəkətlərini aparan orqan tərəfindən satanın borc öhdəliyi mütləq qaydada araşdırılsın və daha sonra alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilsin.  Bilirik ki, bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını bələdiyyə əmlakı, bələdiyyə torpaqları, yerli büdcə və büdcədənkənar fondlar, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyəti təşkil edir. Kənd bələdiyyələrinin büdcəsini əsasən torpaq və əmlak vergisi təşkil etdiyini nəzərə alsaq, 1 hektar torpaq sahəsi üçün ödənilən 4.50 AZN torpaq vergisinin cüzi bir məbləğ olduğunu görərik”.

J.Əhmədova hesab edir ki, Azərbaycanda Türkiyə bələdiyyələrinin təcrübəsindən yararlanmaq və Türkiyə modelini tətbiq etmək, həmçinin Azərbaycan telekanallarında bələdiyyələrin fəaliyyətini əhatə edən verilişlər hazırlamağın vaxtı çatıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putin və Lukaşenko Qarabağı müzakirə etdi 15 Aprel 2021, 12:40 Şuşaya gedən “Zəfər yolu”ndan yeni xəbər var - FOTOLAR 15 Aprel 2021, 12:34 Yaddaşlarda qalan alim-pedaqoq 15 Aprel 2021, 12:28 Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin ofisindən oğurluq edildi 15 Aprel 2021, 12:22 Məşhur Məmmədov: “Paşinyanın fikirləri ermənilərin hansı niyyətdə olduqlarını göstərir” 15 Aprel 2021, 12:16 Əgər qazancın 25%-dən çoxu ərzağa xərclənirsə... - Yoxsulluqla bağlı hökumətə TƏKLİF 15 Aprel 2021, 12:10 “Ermənistan nə özünə, nə də tarixinə güvənir” - Çavuşoğlu 15 Aprel 2021, 12:05 Müdafiə Nazirliyi nəhəng soyuducu kameradan videogörüntülər YAYDI 15 Aprel 2021, 12:00 Diplomatlar peyvənd oluna bilmir? - Xarici İşlər Nazirliyi məsələyə AYDINLIQ GƏTİRDİ 15 Aprel 2021, 11:55 “Türk Hava Yolları” Rusiyaya uçuşları dayandırdı 15 Aprel 2021, 11:50 İki mindən artıq koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb - Nazirlik 15 Aprel 2021, 11:44 Zərifə Əliyevanın anım günüdür 15 Aprel 2021, 11:38 Mərkəzi Seçki Komissiyasının səlahiyyəti bitdi 15 Aprel 2021, 11:32 “Osmanqızı TV” Tofiq Yaqublu ilə Əli Kərimlinin münasibətlərini pozub - İDDİA 15 Aprel 2021, 11:30 İtaliyalı deputatlar Gəncədə olublar 15 Aprel 2021, 11:28 Ermənistanda 6 hərbçini maşın vurdu – 2 ölü, 4 yaralı 15 Aprel 2021, 11:25 Yol polisi bir həftədə 19 şəhər və rayonda reydlər keçirib - sürücü və piyadalar cərimələnib 15 Aprel 2021, 11:23 Bəyanatların arxasında həm də xalqımızın iradəsi dayanır 15 Aprel 2021, 11:19 Ölkəmiz IV Dünya Etnospor Konfederasiyasının Forumunda iştirak edib 15 Aprel 2021, 11:15 “Azərenerji” “Yaşma” yarımstansiyasını yenidən qurur - VİDEO 15 Aprel 2021, 11:10 Azərbaycanda ata-oğul BIÇAQLANDI 15 Aprel 2021, 11:07 Azərbaycan hərbi təxribatlara hazır olmalıdır - ŞƏRH 15 Aprel 2021, 11:02 Goranboylular Vətən Müharibəsi qəhrəmanını belə qarşıladılar   15 Aprel 2021, 10:59 Saatlıda yas mərasiminə gedənlər cərimə ödəməli oldular 15 Aprel 2021, 10:56 Azərbaycanda yeni pambıq sortları yaradılacaq 15 Aprel 2021, 10:50 Laçının hansı kəndləri rusların nəzarətindədir? 15 Aprel 2021, 10:45 Qərbi Kaspi Universiteti Avropa İttifaqının tədbirində iştirak etdi 15 Aprel 2021, 10:40 “Azəriqaz” payız-qış mövsümünə hazırlıq işlərinə start verdi 15 Aprel 2021, 10:36 Bakıda iki müəllimin koronavirusdan öldüyü TƏSDİQLƏNDİ - FOTOLAR 15 Aprel 2021, 10:31 Lukaşenko Azərbaycandan nə “qoparmaq” istəyir? 15 Aprel 2021, 10:26 Tənha qadının evinə basqın edən şəxslər SAXLANILDI 15 Aprel 2021, 10:21 Cəlilabadda ata öldürüldü - oğlu yaralandı 15 Aprel 2021, 10:16 Azərbaycan nefti bahalaşdı 15 Aprel 2021, 10:10 Karantində kökələn sənətçi: “Ali təhsilli aktrisa var ki, ali təhsilsiz ondan bacarıqlıdır” - MÜSAHİBƏ 15 Aprel 2021, 10:07 Ucarda ər arvadını ÖLDÜRDÜ 15 Aprel 2021, 10:03