Modern.az

Azərbaycana qarşı casusluq edənlər İFŞA OLUNUB

Azərbaycana qarşı casusluq edənlər İFŞA OLUNUB

Ölkə

9 Mart 2021, 16:15

2020-ci il ərzində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ibtidai araşdırma səlahiyyətlərinə aid olan hüquqazidd əməllərə dair faktlar üzrə 204 şəxs barəsində 155 cinayət işinin istintaqı aparılıb.


Modern.az
xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilib.

Hesabata görə, həmin cinayət işləri dövlətə xəyanət, casusluq, terrorçuluq, terrorçuluğa hazırlıq,  Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qrup yaratmaq, terrorçuluğa açıq çağırışlar, dövlət əleyhinə yönələn açıq çağırışlar, dövlət sirrini yayma, dövlət sirri təşkil edən məlumatların qanunsuz əldə edilməsi və s. barədədir. 


Xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanıb, qarşısının alınması üzrə keçirilən əks-kəşfiyyat tədbirləri nəticəsində dövlətə xəyanət və casusluq əməllərində şübhəli bilinən şəxslər aşkaredilərək cinayət məsuliyyətinə cəlb olunub.

2020-ci il ərzində bu istiqamətdə toplanmış materiallar əsasında 15 cinayət işinin istintaqı aparılıb.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır