Modern.az

İraq həbsxanalarından 248 nəfər azyaşlı azərbaycanlı ölkəyə GƏTİRİLİB

İraq həbsxanalarından 248 nəfər azyaşlı azərbaycanlı ölkəyə GƏTİRİLİB

Aktual

9 Mart 2021, 16:31

İraqdan Azərbaycan vətəndaşlarının ölkəmizə repatriasiyası istiqamətində ölkə rəhbərliyinin tapşırığı ilə 2017-ci ildən başlanılan təxliyə prosesi 2020-ci ildə də davam etdirilib.

Modern.az xəbər verir ki, bu haqda Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, İraq hökuməti ilə aparılmış davamlı işin nəticəsi olaraq, İraq həbsxanalarında, uşaq evlərində yaşayan ümumilikdə 2018-ci ildən hesabat dövrünün sonunadək 248 nəfər azyaşlı (yalnız 2020-ci ildə isə 194 nəfər azyaşlı) Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlar ölkəmizə repatriasiya edilərək, müvafiq reabilitasiyadan sonra ölkəmizdəki yaxınlarının himayəsinə verilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar