Modern.az

Azərbaycandakı məscid, kilsə, sinaqoqlarlar bu qədərdi...

Azərbaycandakı məscid, kilsə, sinaqoqlarlar bu qədərdi...

Mədəni̇yyət

9 Mart 2021, 16:37

Hazırda ölkə ərazisində 2253 məscid, 14 kilsə, 7 sinaqoq fəaliyyət ngöstərir.

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilib.

Hesabatda qeyd edilib ki, 2020-ci ildə dini icmaların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, onların ümumi sayı 955-ə çatıb.

Onlardan 918-i islam, 37-si qeyri-islam təmayüllü icmalardır. Belə ki, 26-sı xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmalardır.

2020-ci il ərzində 3,7 min adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı seçkiliyi və radikallığı təbliğ edən 52 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Ölkədə nəşr edilməsi məqsədilə təqdim edilmiş 211 adda dini ədəbiyyata baxılaraq, onlardan 6-nın çapı məqəsəduyğun hesab edilməyib.

Hesabat dövründə 487 adda dini təyinatlı ədəbiyyata yapışdırılması üçün 679,4 min ədəd nəzarət markası verilib.

Hesabatda vurğulanır ki, 2020-ci ildə Azərbaycan İlahiyyat İnstitutu məzunlarının diplomları Türkiyə Respublikası Ali Təhsil Şurası tərəfindən tanınıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır