Modern.az

Azərbaycanda 6 dərman vasitəsinə mənfi rəy verilib

Azərbaycanda 6 dərman vasitəsinə mənfi rəy verilib

Aktual

9 Mart 2021, 17:26

Ötən il dövlət qeydiyyatından yeni keçən 366 adda dərman vasitəsinin qiymətlərinin tənzimlənməsi həyata keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında vurğulanıb.

Hesabata görə, bununla da ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınaraq qiymətləri təsdiq edilən dərman vasitələrinin sayı 12,1 minə çatdırılıb.

Hesabat dövründə ölkəmizə idxal üçün təqdim edilmiş  31002 sayda dərman  vasitəsinin analizi aparılıb,  bunlardan 31.0 min ədədinə  müsbət, 6-na mənfi rəy verilib. 1.3 minə yaxın dərman vasitəsi  dövlət qeydiyyatına alınıb,  850 dərman vasitəsi  qeydiyyat və qeydiyyat proseduruna , 1.5 mindən çox dərman vasitəsi  ilkin ekspertizaya qəbul olunub. 

915 dərman vasitəsinin  qeydiyyat sənədlərində dəyişikliklər aparılıb, 1.4 min müsbət rəy verilib, 1.6 min içlik  vərəqəsi və  2.7  min dərman vasitəsinin qablaşdırılması təsdiqlənib.

2020-ci ildə  2.5 min ədəd bioloji fəallığa malik qida əlavələrinin  nümunəsi analiz edilib,  bunlardan 2.4 min adda  nümunənin  analizi  müsbət  nəticəli  olub, 150  adda nümunənin  analizi mənfi  nəticə ilə cavablandırılıb. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar