Modern.az

Azərbaycanda yaşayan əcnəbilərin sayı AÇIQLANIB

Azərbaycanda yaşayan əcnəbilərin sayı AÇIQLANIB

10 Mart 2021, 09:46

2020-ci ilin ilk iki ayı ilə 2019-cu ilin yavnavr-fevral aylarının müqayisəsində ölkəyə gələn əcnəbilərin və müraciətlərin sayında çoxalma müşahidə olunsa da, pandemiya dövründə dövlət sərhədindən giriş-çıxışının məhdudlaşdırılması səbəbindən bu dinamika azalmağa doğru dəyişib. 

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci il hesabatında bildirilib. 

 

Hesabatda qeyd olunub ki, 2020-ci il 31 dekabr tarixinə ölkədə qanuni əsaslarla olan və yaşayan əcnəbilərin sayı (58,5 min nəfər)  2019-cu illə müqayisədə 1,9 dəfə azalıb. Eyni zamanda 2020-ci ildə 1 nəfər Azərbaycan Respublikasının vətəndaşlığını itirmiş, 78 nəfər qaçqın statusu əsasında  yaşamış, 409 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?