Modern.az

Araz Əlizadə yenidən deputat olmaq İSTƏYİR: “Təkrar seçkilərə hazırlaşıram”

Araz Əlizadə yenidən deputat olmaq İSTƏYİR: “Təkrar seçkilərə hazırlaşıram”

10 Mart 2021, 09:53

“Hazırda Bakıdayam, partiya rəhbərliyi çərçivəsində siyasi fəaliyyətimi davam etdirirəm”.

Bu sözləri Modern.az-a Milli Məclisin sabiq deputatı, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə söyləyib. 2020-ci il fevralın 9-da keçirilən parlament seçkilərindən sonra nisbətən susqunluğu ilə diqqət çəkən sabiq deputat siyasi fəaliyyətinin davam etdiyini açıqlayıb:

“Hər şey yaxşıdır. Partiya çərçivəsində əməli iş gedir”.

Araz Əlizadə ötən həftə siyasi gündəmə damğasını vuran Yeni Azərbaycan Partiyasının qurultayı haqqında sualımızı da cavablandırıb. Partiya sədri altı müxalifət partiyasının YAP-a birləşməsinə münasibət bildirib:

“Azərbaycanda bizimlə eyni məzhəbə qulluq edən, eyni fikir və ideyaları paylaşan siyasi partiya yoxdur. Ona görə, hansısa partiyanın bizə birləşmək istəyi haqqında təklif almamışıq”.

 Araz Əlizadə parlamentin boş qalan deputat yerlərinə keçiriləcək seçkilərə hazırlaşdığını söyləyib:

“Seçkilərə hazırlıqla bağlı fəaliyyətimiz davam edir. Seçki elan edilərsə, iştirak edib, namizəd olacağıq”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir