Modern.az

Dövlət taxıl ehtiyatları hesabına unun qiymətini sabit saxlayıb

Dövlət taxıl ehtiyatları hesabına unun qiymətini sabit saxlayıb

10 Mart 2021, 10:38

Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatına görə, hökumətin müəyyən etdiyi həcmdə dövlət ərzaqlıq buğda ehtiyatlarının yaradılması məqsədilə əsasən yerli istehsalçılardan, zərurət yarandıqda isə idxal yolu ilə yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükü sahəsində işlər davam etdirilib.

Modern.az-ın xəbərinə görə, sənəddə qeyd edilib ki, yerli taxıl bazarında unun, həmçinin çörəyin bahalaşması risklərini təhlükəsiz idarə etmək məqsədilə və belə halların qarşısını almaq üçün dövlət ehtiyatı kimi saxlanılan və saxlama müddəti başa çatmış buğdanın qiymət sabitliyinin saxlanılması üçün mart ayının əvvəllərindən istifadəyə buraxılmasına başlanılıb.

Hesabatda o da vurğulanır ki, nəticədə hesabat dövründə unun topdansatış qiymətlərində heç bir dəyişiklik olmayıb. Dövlət taxıl ehtiyatları hesabına daxili taxıl bazarına müdaxilə süni qiymət artımının qarşısının alınmasına imkan verib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir