Modern.az

Bakıda yeni nizamlanan eyni səviyyəli piyada keçidi quraşdırıldı

Bakıda yeni nizamlanan eyni səviyyəli piyada keçidi quraşdırıldı

Aktual

10 Mart 2021, 15:26

Mir Cəlal küçəsində yeni nizamlanan eyni səviyyəli piyada keçidi təşkil edilib.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, sözügedən ərazidə 238 saylı uşaq baxçası, 247 saylı orta məktəb yerləşməklə yanaşı, sıx məskunlaşma da mövcuddur.

 

Nəticədə:

 

- Ərazidə piyadaların, xüsusilə azyaşlı uşaqların rahatlığı və təhlükəsizliyi təmin edilib;

- İnşa edilmiş panduslar sayəsində əlçatanlıq təmin olunub;

- Svetofor dirəklərində quraşdırılmış çağırıcı qurğular və panduslara yerləşdirilmiş hiss ediləbilən (tactile) döşəmələr vasitəsilə xüsusilə gözdən əlil şəxslərin təhlükəsizlik səviyyəsi artırılıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi