Modern.az

TQDK abituriyentlərə möhlət verdi

TQDK abituriyentlərə möhlət verdi

Aktual

3 Sentyabr 2012, 12:07

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəbə qəbul olan bəzi tələbələrə qeydiyyatdan keçmək üçün əlavə vaxt verib. Bu barədə TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qeydiyyatdan keçməyən bütün abituriyentlərə möhlət verilməyəcək.

Bildirilib ki, yalnız üzrlü səbəbdən daxil olduqları universitetlərdə qeydiyyatdan keçməyən abituriyentlər senytabrın 5-dək qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, 2012/2013-cü tədris ili üçün ali məktəblərə I mərhələdə qəbul olmuş abituriyentlərin 96,6 faizi qeydiyyatdan keçib.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür