Modern.az

Azərbaycanda surroqat ana olmaq TƏKLİFİ: Qanun yox deyir, amma istəyənlər var

Azərbaycanda surroqat ana olmaq TƏKLİFİ: Qanun yox deyir, amma istəyənlər var

Mədəni̇yyət

11 Mart 2021, 11:27

Dünyanı narahat edən problemlərdən biri qadın sonsuzluğu ilə bağlıdır. Müxtəlif səbəblərdən qadınların reproduktiv orqanlarında yaranan anatomik patologiyalar, sağlamlığın pozulması və yaxud keçirilən ağır xəstəliklər onların ana olmasına maneçilik törədir. Bu səbəbdən son  illərdə dünya ölkələrində surroqat ana ifadəsi ilə xarakterizə edilən yeni metodikadan istifadə olunur.
Surroqat ana daşıyıcı ana deməkdir. Məsələn, bir qadının uşaqlığı var, ancaq yumurtalıqları fəaliyyətdə deyil, uşaq dünyaya gətirə bilmir.
Belədə genetik ana yumurtası ilə genetik ata spermasından mayalanan 3-5 günlük rüşeym uşağı dünyaya gətirməyə razı olan qadının uşaqlığına yerləşdirilir.

Son zamanlar Azərbaycanda da surroqat ana təklifi ilə bağlı sosial şəbəkələrdə, xüsusən İnstagram-da elanlara çox rast gəlmək olur. “Donor ol, pul qazan” adı ilə 18-35 yaş arasında gənc xanımlara edilən təkliflər daşıyıcı ana olmaq üçün 1000, 2000 bəzən isə 10000 manat mükafat vəd edir.

Qeyd edək ki, Azərbaycanda surroqat analıq rəsmiləşdirilməyib.

İstər insan sağlamlığı, istərsə də dini baxımdan bu metodika nə dərəcədə doğru sayılır?


Mövzu ilə bağlı Modern.az-a danışan Perinatal Mərkəzin direktoru, ginekoloq Sevinc Məmmədovanın sözlərinə görə, Milli Məclis qadın donorluğu ilə bağlı qanun qəbul edilməyib.

“Onu deyə bilərəm ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində bu məsələyə toxunulub. Milli Məclisin həm birinci, həm də ikinci oxunuşunda  qadın yumurtasından istifadə edilərək onun donor olmasına deputatlar narazılıqlarını bildiriblər. Bu gün artıq məsələ gündəmdə deyil, müzakirə olunmur. Surroqat ana ilə bağlı hissə “Reproduktiv sağlımlıq haqqında” qanun layihəsindən çıxarılıb. Bir çox ölkələrdə surroqat analıqdan istifadə yolverilməzdir. Məsələ Azərbaycanda da qanun çərçivəsində təsdiq olunmayıb”.


Dinşünas alim Əli Abbasov deyib ki, surroqat analığı üzərinə götürən qadının bunu nə səbəbdən etdiyini aydınlaşdırmaq lazımdır:

“Məsələ orasındadır ki, bəzi ailələrin o qədər də imkanları yoxdur. Burada bir etik problem var. Əgər hansı qadınlar ki, bunu üzərinə götürürlərsə, onun bunu nə səbəbdən etdiyini aydınlaşdırmaq lazımdır. Bəziləri ola bilər ki, sırf pula görə edirlər. Bu o qədər də yaxşı hal deyil. Qohum qadından donor kimi istifadə etmək o qədər də pis deyil. Biz hər belə məsələyə fərdi yanaşmalıyıq. Çoxları bu işlə məşğul olur və ana donorluğu lehinə olan mövqedən çıxış edirlər. Düşünürəm ki, ehtiyac olmasa, surroqat analıqdan heç kəs istifadə etməz”.





Nəzrin Vahid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir