Modern.az

Bakıda 200-dən çox sürücüyə “siqnal cəriməsi” kəsildi - Yol Polisi bir daha xəbərdarlıq etdi

Bakıda 200-dən çox sürücüyə “siqnal cəriməsi” kəsildi - Yol Polisi bir daha xəbərdarlıq etdi

Hadisə

11 Mart 2021, 14:58

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə xəbərdarlıq edib.

Qeyd edilib ki, günün pik saatlarında şəhərin mərkəzi küçə və prospektlərində yaranan sıxlıq zamanı sürücülər lüzumsuz olaraq səs siqnallarından istifadə edirlər. “Yol Hərəkəti Haqqında Qanun”un tələbləri çərçivəsində səs siqnalları yaşayış məntəqələrində yalnız yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə istifadə oluna bilər. Əks təqdirdə bu hal inzibati xəta tərkibi yaradır və sürücülər İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən cərimə oluna bilərlər.


Bəs səs siqnalının hansı maşından gəldiyi necə müəyyənləşdiriləcək?


Modern.az
-ın əməkdaşı məsələni şərh etməsi üçün Bakı Şəhər Baş Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovla danışıb.


O qeyd edib ki, təbliğatı gücləndirmək məqsədi ilə sürücülər qoyulan tələbləri yerinə yetirsinlər:


“Öncə onu qeyd edim ki, yaşayış məntəqələri ərazisində səs siqnallarından istifadə etmək olmaz. Bunun üçün Bakı şəhərinin bir çox ərazilərində “siqnal vermək qadağandır” yol nişanı qoyulub. “Yol hərəkəti haqqında” Qanunda göstərilir ki, səs siqnalı yalnız yol nəqliyyat hadisəsinin qarşısını almaq niyyətilə istifadə edilə bilər.

Son zamanlar Bakı şəhərində hərəkət intensivliyinin yüksək olduğu ilə əlaqəli səs siqnallardan istifadə edən sürücülərin sayca çoxalmasının şahidi olmuşuq və tərtib edilən protokolların təhlilində bunu görürük. Ona görə dünən bir daha sürücülərin hüquq və vəzifələrini yada saldıq. Təbliğatı gücləndirmək məqsədi ilə qoyulan tələblər yerinə yetirilsin. Əks halda, inzibati tənbeh tədbirlər həyata keçirilə bilər”.


Bölmə rəisi bildirib ki, səs siqnalından yersiz istifadə edən şəxs vizual görüntü əsasında protokollaşdırılır:


“Çox avazlı, yüksək səs çıxardan siqnalların istifadəsi qadağan olunub. Buna baxmayaraq onlardan istifadə edənlərin də sayı çoxdur. Lakin tərəfimizdən görülmüş tədbirlər nəticəsində siqnalllardan istifadə edənlər aşkar olunduğu zaman yüksək məbləğlə cərimələnirlər. 2020-ci ildə 400-dən artıq sürücü bu səbəbdən məhkəməyə verilib.

Yersiz siqnallar məsələsinə gəldikdə isə tək 2021-ci ilin yanvar, fevral aylarında 200-dən artıq sürücü yersiz siqnaldan istifadə etdiyi üçün cərimələnib.

Sizin vasitənizlə bir daha səs siqnallarından yersiz istifadə edən sürücülərə tövsiyə edirik ki, qoyulan qaydalara əməl etsinlər”.

 

Fidan İlqarqızı

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir