Modern.az

Diqqət: “Sizə yaxın COVID-li xəstə var, məsafə saxlayın!” - Basabasda gələn XƏBƏRDARLIQ

Diqqət: “Sizə yaxın COVID-li xəstə var, məsafə saxlayın!” - Basabasda gələn XƏBƏRDARLIQ

11 Mart 2021, 15:50

Səhərin tıxacında telefona qəfil mesaj gəlir: “Sizə yaxın məsafədə COVID-19 virusuna yoluxmuş xəstə aşkarlanıb, məsafə saxlayın”.

Avtobusun basabasında günə yorğun başlamağın stressilə bərabər xəstəliyə yoluxma riskinin həyəcanı ən pik həddə çatır. Bir nəfəs-nəfəsə qaldığın adamlara baxırsan, bir də avtobusda az qala gözünə girən “1.5 metrlik məsafə saxlayın” şablonlarına... Çarə rəsmilərə müraciət etməyə qalır.


Məsələ ilə bağlı “E-TABİB” çağrı mərkəzinin əməkdaşı Vasif bəy Modern.az-a bildirilib ki, tətbiqin yanlış məlumat göndərmə ehtimalı yoxdur:

“Siz COVID-li xəstə ilə yaxın təmasda olduğunuzda, avtomatik olaraq tətbiq tərəfindən sizə bildiriş göndərilir. Nəticə etibarilə, məlumatın müəyyən olunması zamanı proqramlar bir-birini tapır. Amma həmin şəxsin kimliyinin tətbiq tərəfindən müəyyənləşdirilməsi mümkün deyil. Tətbiq vasitəsilə yalnız koronavirus testi vermiş və nəticəsi pozitiv çıxmış şəxsin sizin yaxınlığınızda olması məlumatı göndərilə bilər”.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-a bildirib ki, gücləndirilmiş nəzarət-profilaktik tədbirlər nəticəsində son günlər ictimai yerlərdə aktiv koronavirus xəstələri aşkarlanmır:

“Sizin qeyd etdiyiniz məsələyə gəlincə, bu hal aktiv koronaviruslu xəstənin evinin yaxınlığından keçdikdə, yaxud da ailə üzvlərindən kimsə aktiv koronaviruslu xəstənin mobil telefonundan istifadə edən zaman da mümkündür. Tam əmin ola bilərsiniz ki, test vermiş və nəticəsi pozitiv olan koronaviruslu xəstələrə yaşayış yerlərində xidmət aparan əməkdaşlarımız tərəfindən ciddi nəzarət olunur”.

DİN rəsmisi qeyd edib ki, hətta koronaviruslu xəstələrin evinin qarşısında polis əməkdaşları tərəfindən nəzarət həyata keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir