Modern.az

Gürcüstanda vaksinasiya gələn həftədən BAŞLAYACAQ

Gürcüstanda vaksinasiya gələn həftədən BAŞLAYACAQ

Aktual

11 Mart 2021, 19:30

Gürcüstanda koronavirus əleyhinə peyvəndləmə prosesinə martın 15-dən start veriləcəyi planlaşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.

 

O, vaksinin iri rayon mərkəzləri və şəhərlər arasında bölüşdürüləcəyini deyib.

 

Nazir müavini qeyd edib ki, ilk öncə tibb işçiləri peyvənd olunacaq.

 

Qeyd edək ki, qonşu ölkəyə “AstraZeneca” vaksininin martın 13-dən, “Pfizer” peyvəndinin isə martın 22-dən tədarük olunacağı gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi