Modern.az

Gürcüstanda jurnalistlərə sui-qəsd hazırlanıb?

Gürcüstanda jurnalistlərə sui-qəsd hazırlanıb?

Aktual

11 Mart 2021, 20:34

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) jurnalistlərə qarşı sui-qəsd hazırlığı barədə yayılan məlumatla bağlı istintaqa başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

 

İstintaq Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsin ağırlaşdırıcı hallarda qəsdən qətlinə hazırlıq maddəsi üzrə aparılır.

 

Qeyd edək ki, Kvemo Kartli bölgəsinin keçmiş qubernatoru Levan Mamaladze bu gün “İmedi” telekanalına Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili və keçmiş ədliyyə naziri Zurab Adeişvilinin jurnalistlərə sui-qəsd etməyi planlaşdırdıqlarını bildirib. O, bu məlumatı Ukraynadakı mənbədən əldə etdiyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi