Modern.az

“Mercedes-Benz” 264 mindən çox avtomobilini geri çağırır

“Mercedes-Benz” 264 mindən çox avtomobilini geri çağırır

Aktual

12 Mart 2021, 08:33

Almaniyanın "Mercedes-Benz" şirkəti alovlanmaya səbəb ola biləcək qüsur səbəbindən 264 mindən artıq avtomobili geri çağırır.

 

Modern.az "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə şirkətin mətbuat xidmətindən bildiriblər.

 

Alman Federal Avtomobil Nəqliyyatı İdarəsindən verilən məlumatına əsasən, geri 2016-2020-ci illərdə istehsal edilən 264 393 ədəd "C-" və "GLC-" sinfinə aid avtomobillər çağırılır.

 

Bildirilir ki, geri çağırılan avtomobillərin 120 766 ədədi Almaniyadadır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi