Modern.az

Qarabağlıların məzarı Qarabağa köçürülə bilər? - Ziyalı və din xadimi: “Buna etiraz edirəm!”

Qarabağlıların məzarı Qarabağa köçürülə bilər? - Ziyalı və din xadimi: “Buna etiraz edirəm!”

12 Mart 2021, 12:30

Bir çox tanınmış sənət adamları, yazıçı və şairlər, aşıqlar, ictimai-siyasi xadimlər Qarabağ torpaqlarında dünyaya göz açıb, dünyaya da qarabağlı kimi səs salıblar.  


Bu o tanınmışlardır ki, Şuşada, Laçında, Kəlbəcərdə, Cəbrayılda doğulub, oranın havasından udub, suyundan içiblər. Lakin dünyalarını dəyişməsi 30 ilə yaxın davam edən işğal dövrünə düşüb.


Dədə-baba yurdlarından uzaqda, yurd həsrəti ilə yaşayan elm, sənət fədailəri, ictimai-siyasi xadimlər elə doğma torpaqlarından da kənarda dəfn olunublar.


Bu gün isə həmin torpaqlar işğaldan azad edilib.


Bəs həmin tanınmış şəxslərin Bakıdakı, ya da respublikanın digər yerindəki məzarlarını Qarabağa köçürmək olarmı?


Məzar köçürməyin doğru və yanlış tərəfləri nədir?


Modern.az
mövzunun mənəvi və dini tərflərini öyrənməyə çalışıb.


Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli məzarların köçürülməsinə heç vaxt razı ola bilməyəcəyini bildirib:


“Dünyasını  dəyişən tanınmış insanlarla bağlı fərqli nəsə etmək olar. Ancaq onların məzarlarını harasa dartıb aparmaq günahdır. Onların ruhunu incitmək olmaz. Başa düşürəm ki, tanınmışların məzarını Şuşaya, yaxud da digər işğaldan azad edilmiş yerlərə köçürməkdə pis məqsəd yoxdur. Ola bilər ki kimsə öz ata-anasının məzarını işğaldan azad etdiyimiz torpaqlara aparmaq istəsin. Hesab edirəm ki, bu həmin şəxslərin şəxsi işidir. Ancaq tanınmış şəxslərin ruhunun narahat edilməsinin əleyhinəyəm. Buna etiraz edirəm”.


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayevin sözlərinə görə, dinimizdə  şəxsin məzarının bir yerdən digər yerə köçürülməsi bəyənilmir:

“Əgər müsəlman olan şəxsin məzarı yad məmləkətdədirsə, oradan köçürmək olar. Yox, əgər şəxs müsəlman qəbiristanlığında yəni, Bakı, yaxud da digər ərazidə dəfn olunubsa, onu doğulduğu yerə köçürmək doğru deyil. Ümumiyyətlə, məzarın köçürülməsi məsələsində şəxslər arasında tanınmış, tanınmamış fərqini qoymaq olmaz. İstənilən halda, bu doğru deyil. Dünyasını dəyişən şəxslərin ruhunu incitmək olmaz. Əgər buna icazə verilsə, o zaman məzarların köçürülməsi kütləviləşər. Bu isə heç də doğru hal deyil”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı