Modern.az

Sarkisyan xəstəxanadan işinə qayıdıb

Sarkisyan xəstəxanadan işinə qayıdıb

Aktual

12 Mart 2021, 21:09

Ermənistan prezidenti Armen Sarkisyan tibbi müayinədən sonra öz işinin başına keçib.

 

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə prezidentin ofisindən bildirilib. Onun COVID-19 əlamətləri səbəbindən xəstəxanaya yerləşdirildiyi deyilirdi.

 

“Ermənistan prezidenti Armen Sarkisyan bu gün tibb mərkəzində müayinədən keçib. Prezident artıq testdən keçib və adi işinə qayıdıb”, - məlumatda belə deyilir.

 

Qeyd edək ki, Rusiya xəbər agentlikləri prezidentin ofisinə istinad edərək 67 yaşlı Sarkisyanın COVID-19 əlamətləri ilə müalicə olunduğunu bildirmişdi. “Interfax” xəbər agentliyi isə yerli mətbuata istinadən prezidentin ürək problemlərinin olması barədə xəbər vermişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi