Modern.az

Keçmiş deputatdan Ata Abdullayevin saxlanılmasına reaksiya: “Bu yaramaz şəxs...”

Keçmiş deputatdan Ata Abdullayevin saxlanılmasına reaksiya: “Bu yaramaz şəxs...”

Hadisə

12 Mart 2021, 22:40

Özünü videobloger kimi təqdim edən Ata Abdullayevin saxlanıldığı barədə məlumat yayılıb.

Məlumata görə, A.Abdullayev məmurları şantaj edərək külli miqdarda pul alırmış.

Onun çoxsaylı şikayətlər əsasında iş başında yaxalandığı bildirilir.

Keçmiş deputat Eldar Sabiroğlu Modern.az-a bildirib ki, A.Abdullayev kimi şantajla məğul olan bir şəxsin saxlanılması son vaxtlar hüquq-mühafizə orqanları tərəfindən atılan ən yaxşı addımlardan biridir.

E.Sabiroğlunun sözlərinə görə, özünü videobloger kimi təqdim edən bu şəxslə bağlı əslində çoxdan müvafiq tədbirlər görülməliydi:

“İndicə bir xəbər aldım. Özünü bloger kimi tanıdan Ata Abdullayev adlı birisi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Səbəbi isə vəziyyətdən və münasibətdən sui-istifadə edən bu yaramaz şəxs özünü hakimiyyətin müdafiəçisi qismində nümayiş etdirərək, insanları şantaj edib, onlardan pul alırmış.Yəqin ki, hüquq orqanları onun layiqli cəzasını verəcəkdir.
Bir məsələyə toxunmaq istəyirəm: bədxahlar Ata Abdullayevi İlham Əliyevə yamayır və onun gördüyü mənəviyyatsız işləri hakimiyyətlə əlaqələndirirdilər. Görünür ki, qərəz, kin-kudurət bu bədxahlara doğru və düzgün rəyə gəlməkdə maneçilik törədirmiş. Dövlətimizin başçısı isə sübut etdi ki, qanundan üstün heç bir əməl və hərəkət ola bilməz. Azərbaycan hakimiyyəti hörmətli İlham Əliyevin rəhbərliyi altında ölkədə qanunun üstünlüyünü təmin etmək üçün bütün zəruri tədbirləri görür və əminəm ki, bundan sonra da bu yolu davam etdirəcəkdir. Mən cənab Prezidentə öz dərin təşəkkürümü bildirirəm. O, bununla sübut etdi ki, istənilən adama qanunu pozduğu halda güzəştə getməz”.


E.Sabiroğlu bildirib ki, səbirsizliklə hüquq-mühafizə orqanlarından Ata Abdullayevin həbsinə dair rəsmi açıqlama gözləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır