Modern.az

Aqil Abbasın Ağdərə rayonu ilə bağlı təklifi var

Aqil Abbasın Ağdərə rayonu ilə bağlı təklifi var

4 Sentyabr 2012, 10:47

Deputat Aqil Abbas parlamentin payız sessiyasında mühüm bir təkliflə çıxış edəcək. Modern.az-a açıqlamasında o bildirib ki, Ağdərə rayonunun bərpa olunması məsələsinin gündəliyə daxil edilməsinə çalışacaq.

“Bu, məni əsas düşündürən məsələdir. Çünki Ağdərədə 15 minə yaxın adam yaşayırdı. O rayon ləğv olunub, ərazisi Ağdama, Tərtərə və Kəlbəcərə verilib. Bu rayonun icra strukturlarının olması üçün Ağdərə inzibati ərazi vahidi kimi bərpa olunmalıdır. Çünki sabah referendum söhbəti olarsa, onda Ağdərədə yaşamış 15 min azərbaycanlı Dağlıq Qarabağın əhalisi deyil, Kəlbəcərin, Tərtərin və Ağdamın əhalisi sayılacaq. Bu məsələ bir dəfə qaldırılmışdı. Bu dəfə isə ciddi şəkildə qaldırmağı fikiləşirəm”, – deyə A.Abbas vurğulayıb.

Aytən Əliyeva
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu