Modern.az

Hesablama Palatası sədrinin yeni müavini və auditorları seçiləcək

Hesablama Palatası sədrinin yeni müavini və auditorları seçiləcək

13 Mart 2021, 13:26

Martın 15-də Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahiblarlıq komitəsinin iclasında Hesablama Palatası sədrinin yeni müavininin və auditorlarının seçilməsi haqqında Milli Məclis sədrinin təqdimatı müzakirə ediləcək.

 

Modern.az-ın xəbərinə görə, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 44-cü maddəsinə və "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikası Qanununun 12-cu maddəsinə əsasən komitənin iclasında bu şəxslərin namizədliyinə rəy veriləcək və bundan sonra onlar Milıi Məclisin Plenar iclasında səsvermə nəticəsində Hesablama Palatasının sədr müavini və auditor vəzifələrinə seçiləcəklər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir