Modern.az

Qazaxıstanda hərbi təyyarə qəzaya uğrayıb - Ölənlər var

Qazaxıstanda hərbi təyyarə qəzaya uğrayıb - Ölənlər var

Aktual

13 Mart 2021, 17:26

Qazaxıstanda Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinə məxsus An-26 təyyarəsi qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, Nur Sultan-Almatı istiqamətində uçan hərbi təyyarə bu gün yerli vaxtla saat 17:22-də radarlardan itib. Təyyarənin Almatı aeroportuna eniş edərkən qəzaya uğradığı bildirilir. Hadisə yerində yanğınsöndürən və xilasedici dəstələr, həmçinin təcili tibbi yardım briqadası işləyir.

İlkin məlumata görə, təyyarənin göyərtəsindəki 6 nəfərdən dördü həlak olub, yaralanan iki nəfər xəstəxanaya yerləşdirilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi