Modern.az

"Sumqayıt" - "Keşlə" matçında qalib olmadı

Aktual

13 Mart 2021, 21:22

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" və "Keşlə" komandaları üz-üzə gəlib. FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Qonaq komandadan hər iki qolu Azər Salahlı 4-cü və 74-cü dəqiqələrdə vurub. Lakin Cəmaləddin Xocaniyazov 48-ci, Rəhim Sadıxov isə 79-cu dəqiqədə meydan sahiblərinin bərabərlik qollarını vurub.

Bu nəticədən sonra xalını 26-ya yüksəldən "Sumqayıt" 4-cü, 17-ci xalını qazanan "Keşlə" isə 7-ci pillədə qalıb.

 

Qeyd edək ki, turun açılış oyununda "Qarabağ" evdə "Sabah"ı yenib - 2:0. Tura martın 14-də keçiriləcək "Qəbələ" - "Zirə" və "Neftçi" - "Səbail" görüşləri ilə yekun vurulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi