Modern.az

Teymur Rəcəbov Aronyanla yenə qarşılaşdı

Teymur Rəcəbov Aronyanla yenə qarşılaşdı

Aktual

14 Mart 2021, 00:10

Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində növbəti görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, 34 yaşlı qrossmeyster "Magnus Carlsen Invitational" adlanan yarışın 4-cü turunda Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gəlib.

 

Ağ fiqurla oynayan Rəcəbov əvvəlki 3 qarşılaşmada olduğu kimi, bu dəfə də heç-heçəyə razılaşıb. Görüş 92-ci gedişdə sülhlə başa çatıb.

 

Azərbaycanın digər təmsilçisi Şəhriyar Məmmədyarov isə IV turda Yorden van Forestə (Niderland) qalib gəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi