Modern.az

MÜZAKİRƏ BAŞLADI: Ermənistan hərbi büdcəni azaldır

MÜZAKİRƏ BAŞLADI: Ermənistan hərbi büdcəni azaldır

14 Mart 2021, 08:59

Ermənistanda hərbi büdcənin azaldılması ilə bağlı hakimiyyət və ordu dairələrində fəal müzakirə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Joğovurd" nəşrində yer alan məqalədə qeyd olunub. Bildirilir ki, son dönəmlər bununla bağlı artıq bir neçə dəfə müzakirələr aparılıb. Hətta Nikol Paşinyanın məsləhətçilərindən bir neçəsi ordu rəsmiləri ilə müzakirə aparmaq üçün gizli şəkildə Müdafiə Nazirliyinə gəliblər. Ordunun büdcəsinin iki dəfədən çox azaldılması müzakirə olunub. 

 

Yayılan informasiyalara görə, orduya ayrılan vəsaitin azaldılmasında əsas  maraqlı şəxslər baş nazirin müavini Tiqran Avinyan, baş nazirin digər müavini Mqer Qriqoryan, baş nazir aparatının rəhbəri Arsen Torosyandır.

 

Tiqran Avinyan Müdafiə Nazirliyinin nümayəndələrinə deyib ki, ordu onsuz da müharibəni uduzub:

 

"İndi ölkənin iqtisadi dirçəlişi və müstəqilliyi haqqında düşünmək lazımdır. Hazırda ordu daha az büdcə ilə də idarə oluna bilər".

Nəşrdə qeyd olunan məlumatlara görə, Müdafiə Nazirliyində hərbi büdcənin ixtisarı ilə bağlı faktiki olaraq, nəzərə alınmayan və narazılıqlar və fikir ayrılıqları var. Tərəflər arasındakı narazılığın getdikcə daha da dərinləşəcəyi ifadə olunub.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub