Modern.az

Almaniyada kütləvi aksiya: 12 polisi döydülər

Almaniyada kütləvi aksiya: 12 polisi döydülər

14 Mart 2021, 09:33

Almaniyanın Drezden şəhərində pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə qarşı etiraz aksiyaları zamanı azı 12 asyiş keşikçisi xəsarət alıb.

 

Modern.az “Die Zeit” qəzetinə istinadən xəbər verir ki, icazəsiz aksiyalarda 47 qanun pozuntusu qeydə alınıb.

 

Yerli polisin məlumatına görə, etirazçılar polisə müqavimət göstərib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum etdiyinə görə azı 3 nümayişçi saxlanılıb. 

 

Nümayişçilər bütün qadağaların qaldırılmasını tələb ediblər.

 

Qeyd edək ki, Almaniyada pandemiya müddətində 2,5 milyondan çox koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi