Modern.az

Yeni gənclər təşkilatı dövlət qeydiyyatına alınıb

Yeni gənclər təşkilatı dövlət qeydiyyatına alınıb

4 Sentyabr 2012, 12:46

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Modern..az-ın verdiyi məlumata görə, Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Mikayıloğlu bildirib ki, İctimai Birliyin əsas məqsədi gənclərin hərtərəfli inkişafına kömək etməkdən ibarətdir və gənclər arasında maarifçilik işlərinin aparılmasını xüsusi diqqət mərkəzində saxlayacaq.


Ramiz Mikayıloğlu deyib ki, təşkilat təsis olunduqdan sonra aktiv fəaliyyətə başlayıb və dövlət qeydiyyatına alınana qədərki dövrdə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi ilə birlikdə “Azərbaycan gəncliyi: Müasir dövrün çağırışları” mövzusunda dəyirmi masa keçirib, Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında qanvermə aksiyası təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir