Modern.az

Binəqədidə avtomobil piyadanı vurdu

Binəqədidə avtomobil piyadanı vurdu

Aktual

14 Mart 2021, 12:58

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Yolu keçən 1971-ci il təvəllüdlü Əmirov Bağdar Qorxmaz oğlunu avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ ayağın sınığı diaqnozu qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi