Modern.az

Bakıda Quran kurslarına harada yazılmaq olar?

Bakıda Quran kurslarına harada yazılmaq olar?

4 Sentyabr 2012, 12:51

Uşaq vaxtı həmişə and yerimizdən biri də Quran idi. Bu kitaba o qədər inanırdım ki, fikirləşirdim, yalandan and içsəm, mütləq başıma bir iş gələcək. Halbuki onun içində nələr yazıldığından bircə kəlmə də xəbərim yox idi.

  Elə indi də, mənim kimi, Quranda yazılanlardan xəbəri olmayan nə qədər insan var. Amma Qurani-Kərim elə onlar üçün də and yeridir. Amma Quran məgər təkcə and içmək üçünmü yazılmış bir kitabdır? Onu oxuyub dərk etmək eləmi çətindir? Hazırda Azərbaycanda Quranı tədris edən qurumlar varmı? Bu qurumlarda Müqəddəs Kitab necə öyrədilir?  

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən bildirdilər ki, hazırda rəsmi qeydiyyatdan keçirmiş Quranı tədrisi kursları yoxdur. Eyni zamanda komitənin də işi ondan ibarətdir ki, mövcud kurslara dövlət nəzarəti etsin.  

Təzə Pir Məscidindən aldığımız məlumata əsasən, məsciddə Quranı öyrənmək istəyən insanlar üçün xüsusi kurslar təşkil edilməyib. Yalnız bir nəfər öz təşəbbüsü ilə Quran tədris edir.   “Zaman”, “Kaspi”, “Xəzər”, “Hədəf” və s. dünyəvi bilik kurslarından yalnız “Stimul”da bildirdilər ki, hazırda olmasa da gələcəkdə Quran üzrə kurslun açılması gözlənilir.  

Yalnız İran İslam Respublikasının M. Şəhriyar adına Mədəniyyət Mərkəzinin təhsil ocaqlarında Quran kursları mövcuddur. Burada ilkin olaraq ərəb əlifbası, qrammatika və təcvid qaydaları tam şəkildə öyrədilir və kursu bitirənlərə şəhadətnamə verilir.  

Şahanə Rəhimli  
   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?