Modern.az

Məhkəmə Ata Abdullayevlə bağlı qərar verdi

Məhkəmə Ata Abdullayevlə bağlı qərar verdi

14 Mart 2021, 13:59

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılış özünü videobloqer kimi təqdim edən Ata Abdullayev barəsində həbs qərarı verilib. 

 

Modern.az-ın verdiyi xəbərə görə, dünən axşam saatlarında DTX-nin İstintaq orqanının vəsatəti əsasında prokuror məhkəməyə təqdimat verərək A.Abdullayevin 4 ay müddətinə həbs edilməsini istəyib. 

 

Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırova istintaqın təqdimatını təmin edərək, Ata Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir