Modern.az

Kutaisidə minlərlə vətəndaş yenidən etiraz aksiyası keçirir

Kutaisidə minlərlə vətəndaş yenidən etiraz aksiyası keçirir

Aktual

14 Mart 2021, 14:26

Rioninin Namaxvani ərazisində tikilməsi planlaşdırılan SES-in dayandırlması üçün, Kutaisi şəhərinin mərkəzi meydanında yenidən etiraz aksiyası keçirilir.

 

Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, aksiya bu dəqiqələrdə Kutaisi şəhər meydanında davam edir. Aksiyada yerli sakinlərlə birlikdə ətraf mühit mühafizəçiləri, aktivistlər də iştirak edirlər.

 

Aksiya keçirilən əraziyə çox sayda hüquq mühafizə orqanın əməkdaşları cəlb olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi