Modern.az

60  “ayfon” qarşılığında 40 min dolları ötürdü - Məhkəmə

60  “ayfon” qarşılığında 40 min dolları ötürdü - Məhkəmə

Hadisə

14 Mart 2021, 15:40

Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda və dərman vasitələrinin qanunsuz dövriyyəsində ittiham olunan Bakı şəhər sakini 42 yaşlı Əkbər Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Modern.az-ın xəbərinə görə, “Samur” Gömrük postunda “Mercedes-Benz” markalı 90 ZA 438 dövlət nömrə nişanlı avtomobilə gömrük baxışı keçirilərkən 35 ədəd “İphone X Space Gray 64 GB”, 25 ədəd “İphone X Silver 64 GB” markalı mobil telefonlar və 8823 manat dəyərində külli miqdarda “Daclavirocyrl 60 mg” dərman preparatları aşkarlanıb.

 

İstintaqla müəyyən edilib ki, Əkbər Səfərov xeyli miqdarda valyutanı gömrük sərhəddindən qaçaqmalçlıq yolu ilə keçirərək Rusiyaya aparmaqda, həmin pula mobil telefonlar, külli miqdarda dərman preparatları əldə edərək gömrükdən qaçaqmalçılıq yolu ilə keçirməklə ölkə ərazisinə gətməkdə Bakı şəhərindəki cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvünə təhvil verməklə bağlı razılığa gəlib. Ümumi razılaşma əsasında 40 min dollar pulu həmin şəxsdən təhvil götürərək özünəməxsus avtomobillə gizlədib, 19 avqust 2019-cu ildə Rusiyaya yollanıb. Rusiya ərazisinə keçirdiyi pula Maxaçqala şəhərində cinayətkar qrupun digər üzvünə təqdim edərək çoxlu sayda mobil telefonlar və dərman preparatları ı əldə edərək satış məqsədilə gizli şəkildə ölkəyə gətirib. 21 avqust 2019-cu ildə “Samur” Gömrük postunda Ə.Səfərovun avtomobilinə gömrük baxışı keçirilərkən oradan mobil telefonlar və dərman preparatları aşkar edilərək götürülüb.

 

Təqsirləndirilən Əkbər Səfərov ifadəsində taksi fəaliyyəti ilə məşğul olduğunu, tez-tez Mahaçqalaya sərnişin aparıb-gətirdiyini, hadisədən bir müddət əvvəl Rusiyadan mobil telefonlar alıb maşında gizlətməklə Azərbaycana keçirib satmağı planlaşdırdığını deyib. İfadəsinə görə, dörd nəfər sərnişin götürərək Mahaçqalaya yola düşüb, üstündəki 40 min dolları gömrükdən keçirmək üçün sərnişinlər arasında bölüb, hər birinə 10 min dollar verib: “Gömrük postunu keçdik. Mahaçqalaya çatanda sərnişinlərə verdiyim pulu onlardan aldım. Tanışım Alibekin yanına getdim, mobil telefon almaq istədiyimi dedim. 40 min dollara 59 ədəd mobil telefon aldım. Gömrükdə tapmasınlar deyə maşının arxa oturacaqla yük yerinin arasındakı boşluqda gizlətdim. Rüsumu ödəməmək üçün belə etdim. Telefonları dükanda satmağı planlaşdırmışdım”.

 

Ə.Səfərov ifadəsinin davamında “hepatit c” xəstəsi olan yaxın qohumuna aldığı 51 qutu dərman preparatılarını da mobil telefonlarla birgə gizlətdiyini deyib. O, sonrakı ifadələrində özü ilə Rusiyaya 40 min dollar keçirmədiyini, tanışı Alibekdən mobil telefonları nisyə aldığını, sözügedən dərman preparatını isə yaxın qohumu xahiş etdiyi üçün gətirdiyini deyib.

 

Qeyd edək ki, Azərbaycan-Rusiya və Azərbaycan-Gürcüstan sərhədində gömrükçülr vaxtaşırı olaraq ölkəyə qaçaq yolla gətirilən mobil telefonlar aşkar edirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!