Modern.az

Hafiz Hacıyev Gülər Əhmədova barədə: \"Özünü ləyaqətli apardı, sədr müavini təyin etdik\"

Hafiz Hacıyev Gülər Əhmədova barədə: \

14 Mart 2021, 16:28

“Gülər Əhmədova Müasir Müsavat Partiyasını seçkilərdə təmsil edənlər sırasında birinci yerdə olacaq”.

 

Bunu Modern.az-a Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev söyləyib. O xatırladıb ki, Gülər Əhmədova Müasir Müsavat Partiyasının xarici məsələlər üzrə müavinidir:

 

“Gülər xanım ali təsilli qabiliyyətli və son dərəcə dünyagörüşlü, dövləti idarə etmək qabiliyyəti olan xanımdır. O, keçmişi olan Azərbaycan dövlətinə sadiq insandır. Yeni Azərbaycan Partiyasının qurucularından biri olub. Azərbaycanda Gülər xanım qədər savadlı siyasətçiyə az hallarda rast gəlmək olar.

 

O, bizə müraciət etdi və biz də partiya sıralarına qəbul etdik. Bu müddətdə özünü çox ləyaqətdə apardı. Ona görə, qərara gəldik ki, xarici məsələlər üzrə sədr müavinliyinə layiqli namizəddir. Qurultayda bununla bağlı qərar təsdiqləndi.

 

Proporsional seçki sistemi bərpa edilərsə, Gülər xanım partiyamızdan təmsil olunanlar arasında birinci yerdə olacaq. Seçkilərdə onun iştirakı ilə bağlı təkliflər var”.

 

Hafiz Hacıyev müxalifət partiyalarının birləşməsi haqqında müzakirələrə də aydınlıq gətirib:

 

“Biz heç kimə yamaq ola bilmərik. Kim birləşmək istəyirsə, bizim partiyamıza birləşsin. Hakimiyyət uğrunda mübarizə aparan müxalifət partiyasıyıq, heç kimə birləşə bilmərik. Azərbaycanda ən güclü struktura malik partiyalardan biri Müasir Müsavat Partiyasıdır. Bizə birləşmək istəyən partiyaların bəzilərinə baxanda görürük ki, bir qovluğu bir sədri olanlardır. Onlar hara istəyirlər birləşsinlər.

 

Düşünürəm ki, indiki dövrdə demokratik cəmiyyət, demokratik dövlət quruculuğunda seçkilərdə qalib gəlib, xalqımızın xidmətçisi olmağa hazırıq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir