Modern.az

Türkiyədən Kosovaya ETİRAZ

Türkiyədən Kosovaya ETİRAZ

Dünya

14 Mart 2021, 23:00

"Kosovanın Qüdsdə səfirlik açmasını dərin narahatlıqla qarşılayırıq və şiddətlə qınayırıq".

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Kosovanın Qüdsdə səfirlik açmasıyla əlaqədar yaydığı bəyanatda bildirilib.

 


Açıqlamada müstəqillik qazanmaq üçün böyük ağrılara dözən bir xalqın liderlərinin, on illərdir işğal altında olan və ağır əziyyət çəkən Fələstin xalqının acınacaqlı vəziyyətinə məhəl qoymadıqları ifadə edilib.

 

"Bu şəkildə hərəkət edərək, Kosovar liderləri, Qüdsün statusu ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri də daxil olmaqla, sülh prosesinin qurulmuş parametrlərinə qarşı hərəkət etdilər, bölgədə iki dövlətli həll görüşünü və sülh ümidlərini alt-üst etdilər. Kosovo liderlərini sağlam düşüncəyə qulaq asmağa və bu məsuliyyətsiz və qanunsuz addımdan imtina etməyə çağırırıq", - deyə açıqlamada bildirilib.

 

Qeyd edək ki, Kosovanın Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında Kosovanın Qüdsdəki səfirliyinin bu gün açıldığı və fəaliyyətə başladığı bəyan edilib.

 

Turan ASLAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!