Modern.az

Daha bir ölkə “AstraZeneca” peyvəndindən İMTİNA ETDİ

Daha bir ölkə “AstraZeneca” peyvəndindən İMTİNA ETDİ

15 Mart 2021, 00:10

İrlandiya Oksford Universiteti və "AstraZeneca" tərəfindən hazırlanmış COVİD-19 əleyhinə peyvəndin qan laxtalanmasına səbəb olduğu səbəbindən istifadəsini dayandırıb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İrlandiya səhiyyə naziri Stephen Donnelly məlumat verib.

 

Nazir bildirib ki, Milli İmmunlaşdırma Komitəsindən (NIAC) yeni məlumatlar səbəbiylə belə bir qərara gəliblər.

 

 

İrlandiyada indiyə qədər verilən bütün dozaların təxminən 20 faizinin "AstraZeneca" peyvəndi olduğu və 110 mindən çox insana tətbiq olunduğu ifadə edilib.

 

Qeyd edək ki, İrlandiya ilə "AstraZeneca" peyvəndinin istifadəsini dayandıran ölkələrin sayı 11-ə yüksəlib. 

 

 

Buna qədər Avstriya, İtaliya, Bolqarıstan, Rumıniya, Estoniya, Litva, Lüksemburq, Latviya, Norveç və İslandiya "AstraZeneca" peyvəndinin istifadəsini dayandırıb.

 

Turan ASLAN

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı