Modern.az

Şəhid kapitan - iki il öncəki hadisə

Şəhid kapitan - iki il öncəki hadisə

4 Sentyabr 2012, 13:54

TORPAQLARIMIZIN AZADLIĞI UĞRUNDA ÖLÜMÜ YAŞAMAQ EŞQİNDƏN QAT-QAT UCA TUTAN OĞULLARIMIZI UNUTMAYAQ!!!!

Bu gün Azərbaycan Ordusunun zabiti, karitan Əhməd Abdullayevin şəhid olmasından 2 il keçir. Şəhid zabitimiz 2010-cu il sentyabrın 4-də ermənilərin hücumunun qarşısını almaq məqsədilə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.

28 dekabr 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub-saxlanılmasında igidlik göstərdiyinə görə, ölümündən sonra kapitan Əhməd Hüseynağa oğlu Abdullayev «İgidliyə görə» medalı ilə təltif edilib.

Vətən üçün gələcəyin iki əsgərini – Nihad və Hüseyni yadigar qoyub getdi…

....Əsgərlər onun haqqında deyirdilər ki, sürünə-sürünə necə gəlmişdisə, üst-başı toz-torpaq içində idi. Axırıncı sözü bu olub: «Heyif ki, Fəridi (şəhid Fərid Əhmədovu-red.) gətirə bilmədim...».

Sentyabrın 15-də oğlu Nihad birinci sinifə gedəcək. Həyat yoldaşı Ulduz xanım Nihada məktəb üçün lazım olanları alarkən – “Kaş Əhməd bu günü görəydi. Hər ikisini uşaqlıqdan vətənpərvər ruhda böyüdürdü... Hətta altı aylıq olanda oğluna hərbi paltar geyindirib” deyir.

  ALLAH rəhmət eləsin! Nur içində yatsın! Azərbaycan adlı bir məmləkət üçün özündən sonra iki əsgər qoyub gedən xalqımızın qəhrəman oğluna! İNŞALLAH, yaxın zamanlarda kapitan Əhməd Abdullayev, onun indiki və gələcək nəsillərə örnək olacaq həyatı haqqında daha ətraflı yazını oxuculara təqdim edəcəyəm! Təbii ki, həyat yoldaşı Ulduz xanımın, doğmalarının, yaxınlarının, dostlarının köməyi ilə!

Ağanisə Sultanova
AzTV-nin əməkdaşı
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi