Modern.az

Mehman Hüseynov sərbəst buraxıldı - dronu əlindən alındı

Mehman Hüseynov sərbəst buraxıldı - dronu əlindən alındı

Hadisə

15 Mart 2021, 09:45

“Bloger Mehman Hüseynov icazəsiz olaraq dron əldə etdiyi üçün saxlanılıb”.

Bunu Modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

 

E.Zahidov qeyd edib ki, Mehman Hüseynovun istifadəsinə xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumat daxil olub:

“Mehman Hüseynov məlumatın yoxlanılması üçün martın 14-də saxlanılıb. Ondan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. Müvafiq ekspertiza təyin edilməklə hazırda araşdırma aparılır”.

 

E.Zahidovun sözlərinə görə, bloger sərbəst buraxılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir