Modern.az

Azərbaycanın Türkiyədəki səfiri barədə bunları bilirsiniz?

Azərbaycanın Türkiyədəki səfiri barədə bunları bilirsiniz?

4 Sentyabr 2012, 14:54

Hazırda Azərbaycan Respublikasının müxtəlif ölkələrdə diplomatik korpusları – səfirlik, konsulluq, daimi nümayəndəliyi fəaliyyət göstərir.Modern.az saytı Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik korpuslarına rəhbərlik edən diplomatlar barəsində silsilə yazılar təqdim edir. Bu yazılarda səfir, konsul və daimi nümayəndələrimiz barədə qısa məlumat verməyə çalışırıq. 

Beləliklə, Azərbaycanın Türkiyədəki səfirini tanıyırsınızmı?

Faiq Nüsrət oğlu Bağırov 1962-ci il, noyabrın 13-də Bakıda anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsini bitirib. 1983–cü ildə Sovet ittifaqında  hərbi tərçüməçi, 1984-1986-cı illərdə  isə baş hərbi tərcüməçi  kimi çalışıb.  
1986-1988-ci illərdə Bakıda Xarici  Tələbələr Şurasında mütəxəssis olub. 1988-1990-cı illərdə xaricdə yaşayan Azərbaycan vətəndaşları ilə mədəni əlaqələr quran "Vətən" cəmiyyətinin şöbə müdiri,1990-1992 –ci illərdə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində ikinci katib, 1993-1996-cı illərdə XİN-in konsulluq idarəsində  pasport bölmə müdiri, 1996-2000 – ci illərdə Azərbaycan  Respublikasının Türkiyədəki səfirliyində birinci katib, Konsulluq idarəsinin rəhbəri işləyib.
2000-2001–ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müşaviri, 2002-2004 –cü illərdə isə XİN-in  Konsulluq İdarəsinin rəis müavini olub. 2004-2010 – cu illərdə Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri,  2005-2011 -ci  ildə Ərəb Dövlətləri Liqasında daimi müşahidəçi olub. 2011-ci ildən Azərbaycanın Türkiyədəki fövqaladə və səlahiyyətli səfiridir.

 Səfir rus, ərəb, ingilis və türk dillərini bilir, ailəlidir, iki övladı var.

Nihadə Eyyubova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?