Modern.az

“Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb” - Ceyhun Bayramov

“Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb” - Ceyhun Bayramov

15 Mart 2021, 13:36

“Üçtərəfli razılaşmaya uyğun olaraq, Azərbaycan bütün hərbi əsirləri qarşı tərəfə qaytarıb”.

 

Modern.az xəbər verir ki, bu fikirləri  bu gün Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

 

C. Bayramov  Azərbaycanın Ermənistana təhvil verdiyi hərbi əsirlərin sayının Ermənistanın Azərbaycana verdiyi hərbi əsirlərin sayından xeyli çox olduğunu bildirib: “Hətta hərbi əməliyyatlar gedən zaman Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə bu addımlar atılıb”.

 

C. Bayramov nəzərə çatdırıb ki, hətta indi də Ermənistan gecə qaranlıq vaxtda tikinti üçün nəzərdə tutulmuş maşınlarla hərbçilərini Azərbaycana göndərməyə cəhd edir:

 

“Bu məsələ BMT Baş Assambleyasına da çatdırıldı, bununla bağlı beynəlxalq medianın materiallarına da istinad edilib. Ermənistanda əsgər valideynləri də övladlarının hərbi xidmət üçün Qarabağa göndərilməsinə etiraz edirlər, aksiyalar keçirirlər. Bütün dünya mediası da bunu görür. Beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana təzyiq etməli, hər bir tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir