Modern.az

Ermənistanın təxribatına cavab olaraq Azərbaycan öz torpaqlarını azad edib - Nazir

Ermənistanın təxribatına cavab olaraq Azərbaycan öz torpaqlarını azad edib - Nazir

15 Mart 2021, 13:48

“İsveç və Azərbaycan əməkdaşlığı bölgədə əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühümdür”.

 

Modern.az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Xarici İşlər Naziri Ceyhun Bayramov bildirib.

 

XİN başçısı ATƏT-lə Azərbaycan arasında olan əlaqələrə də toxunub:

 

“Təhlükəsizlik, iqtisadiyyat və insan ölçüsü istiqamətdə Azərbaycan ATƏT-lə əməkdaşlığı vacib hesab edir və bu istiqamətlərdə əməkdaşlıq davam etdiriləcək. Ermənistanın növbəti təxribatına cavab olaraq 44 günlük Vətən müharibəsi nəticəsində 30 il işğal altında olan Azərbaycan torpaqları azad edilib. Azərbaycanın BMT qətnamələri, ATƏT qərarlarında qəbul olunan ərazi bütövlüyü bərpa edilib. Bölgədə yaranmış vəziyyət yeni təhlükəsizlik formatının yaradılmasına, ölkələr arasında əməkdaşlığın genişlənməsinə münbit imkan yaradır. Azərbaycan Helsinki Yekun Aktına, ərazi bütövlüyü, sərhədlərin pozulmaması əsasında ölkələr arasında münasibətlərin normallaşmasına tərəfdardır. 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatlar bölgədə sülhün yaradılmasını təmin edir. ATƏT və Azərbaycan arasında həyata keçirilən layihələr bu istiqamətdə vəziyyətin stabilləşməsinə mühüm töhfə verə bilər. Postmüharibə dövründə minaların təmizlənməsi, icmalar arasında etimad mühitinin yaradılması və digər istiqamətlərdə mühüm imkanlar mövcuddur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər